Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yanvar-iyul aylarında 40 milyard manatlıq Ümumi Daxili Məhsul istehsal olunub

2020-ci ilin yanvar-iyul aylarında ölkədə 40 milyard 8,5 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,8 faiz az ümumi daxili məhsul istehsal olunmuşdur.

Statistika Komitəsindən verilən məlumatda bildirilir ki, iqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə dəyər 1,6 faiz, neft-qaz sektorunda isə 4,5 faiz azalmışdır.

ÜDM istehsalının 35,3 faizi sənaye, 11,2 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 7,5 faizi nəqliyyat və anbar təsərrüfatı, 7,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 6,3 faizi tikinti, 2 faizi informasiya və rabitə, 1,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 19 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 10,2 faizini təşkil etmişdir.

Əhalinin hər nəfərinə düşən ÜDM 4015,1 manata bərabər olmuşdur.

14 Avqust 2020 10:38 -

Köhnə versiyamızdan xəbərləri izlə