Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

GUAM ölkələrinin ABŞ-dakı səfirləri əməkdaşlıq məsələlərini müzakirə ediblər

Avqustun 13-də Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanovun, Gürcüstanın səfiri David Bakradzenin, Moldovanın səfiri Eugen Karasın və Ukraynanın səfiri Volodimir Yelçenkonun iştirakı ilə birgə vebinar təşkil olunub.

Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyiindən verilən məlumata görə, iştirakçılar ABŞ-dakı GUAM səfirlikləri arasında əməkdaşlığın hazırkı səviyyəsi barədə müzakirə aparıblar və ümumi maraqlar əsasında gələcək birgə təşəbbüslər barədə qərara gəliblər.

Səfirlər ABŞ-la birgə regional əməkdaşlıq imkanlarının təşviq edilməsi və tərəfdaşlığın gücləndirilməsi məqsədilə işçi səviyyədə məsləhətləşmələr də daxil olmaqla, sözügedən formatda müzakirələrin davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar.

14 Avqust 2020 10:23 -

Köhnə versiyamızdan xəbərləri izlə