Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Britaniya Fransa, Hollandiya və Monakodan ölkəyə gələnlərə yenidən karantin tətbiq edəcək

Britaniya hakimiyyəti Hollandiya, Fransa, Monako, eləcə də bir sıra digər dövlətlərdən ölkəyə gələn şəxslər üçün iki həftəlik karantin tətbiq edilməsini bərpa edir.

Britaniyanın nəqliyyat naziri Qrant Şeps "Twitter"dəki səhifəsində bildiririb ki, mövcud məlumatlar göstərir ki, koronavirusun yayılmasına qarşı mübarizə aparmaq üçün Fransa, Hollandiya, Monako, Malta, həmçinin Aruba, Terk və Kaykos arxipelaqını (Atlantik okeanındakı Britaniya ərazisi) nəqliyyat dəhlizlərinin açıldığı ölkələrin siyahısından çıxarmalıyıq. Böyük Britaniyaya bu ölkələrdən 15 avqust 04:00-dan sonra gələnlər 14 gün ərzində özünütəcrid rejimində qalmalı olacaq.

 

14 Avqust 2020 10:19 -

Köhnə versiyamızdan xəbərləri izlə