Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Beynəlxalq Multikultural Şəbəkə ermənilərə lazımi dərs verdi

Multikulturalizm bir-birini tamamlayan və zənginləşdirən mədəniyyət və etnosların paralel varlığı və inkişafı, cəmiyyətdə mövcud olan fərqli norma və davranış qaydalarının alınması, qəbul edilməsi və tolerant münasibət göstərilməsidir. Multikulturalizm ayrı - seçkiliyə yol vermir, əksinə, bütün xalqları birləşdirir, mədəni müxtəlifliyi qəbul edir və onun inkişafına şərait yaradır. Multikultural cəmiyyətdə sağlamlıqları ilə bağlı sosium həyatında, bilavasitə, fəal iştirak edə bilməyən insanların hüquq və maraqlarının qorunması üçün şərait yaradılmalıdır.

Prezident İlham Əliyevin 2016-cı ili Azərbaycanda "Multikulturalizm ili” elan etməsi  heç təsadüfi deyil və bunun səbəbləri, dərin tarxi kökləri vardır. Birincisi, Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu  məkanda yerləşməklə dinlər və sivilizasiyalararası anlaşmada aparıcı rol oynayıb, bununla bağlı tarixi baza formalaşıb. İkincisi,  Azərbaycan cəmiyyətindəki dözümlülük ölkədə nadir tolerantlıq mühiti yaradıb və indi bu, bir nümunə kimi beynəlxalq ictimaiyyətin diqqətini cəlb edir. Üçüncüsü isə Azərbaycanda  multikulturlizm ənənələrinin inkişafı və möhkəmlənməsi üçün bütün zəruri siyasi  və sosial şəraitin mövcud olmasıdır.

Beynəlxalq Multikultural Şəbəkə - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” elan etməsi ilə əlaqədar  2016-cı il  martın 4- də tarixində yaradıldı. Beynəlxalq Multikultural Şəbəkə, multikulturalizm sahəsi üzrə dünya səviyyəli elmi tədqiqatçıları bir araya gətirən virtual məkandır. Təsisçisi və rəhbəri fəlsəfə üzrə fəlsəfə doktoru Xəyalə Akif qızı Məmmədovadır.

Müxtəlif ölkələrdə mədəniyyətlərarası və dinlərarası münasibətlərin inkişafında ixtisaslaşmış alimlərin elmi araşdırmalarını beynəlxalq ictimaiyyətə təqdim etmək şəbəkənin əsas prioritetidir. Beynəlxalq Multikultural Şəbəkə multikulturalizm sahəsində həyata keçirilən beynəlxalq tədbirlərdə iştirak edir, dünyada milli və dini tolerantlığın gücləndirilməsi, multikulturalist dəyərlərin təbliği, ayrı-seçkiliyə qarşı birgə mübarizə yollarının araşdırılması işinə vətəndaş cəmiyyətinin dəstəyini həyata keçirir, multikulturalizm siyasətinə yardım edən proqram və layihələri hazırlayır, bu kimi aktual məsələlərin yerli və beynəlxalq səviyyədə kütləvi informasiya vasitələrində yayımlanmasını yüksək səviyyədə təmin edir. Şəbəkənin işçi heyəti multikulturalizm üzrə ixtisaslaşmış yerli və xarici elmi-tədqiqatçılardan ibarətdir.

Beynəlxalq Multikultural Şəbəkənin “Ölkə təmsilçiləri qrupu”nu təşkil etməkdə əsas məqsəd Azərbaycanın bu sahədə gerçəkliyini beynəlxalq səviyyədə təbliğatını aparmaq, etnik-mədəni, dini müxtəlifliyin tolerant əsaslarının qarşılıqlı elmi təhlilini aparmaqla, qorunub saxlanılma yollarını müəyyənləşdirməkdir. Hazırda 70-ə yaxın ölkədə elmi tədqiqatçılar və alimlərdən ibarət xarici ölkə təmsilçilərimiz fəaliyyət göstərir. Məqsədimiz bundan sonra da Azərbaycanda multikulturalizm sahəsində dövlət siyasətinə dəstək verməkdən başqa, ölkəmizdə bu istiqamətdəki uğurların beynəlxalq səviyyədə təbliğatını ölkə təmsilçilərimiz vasitəsilə aparmaqdır.

Beynəlxalq Multikultural Şəbəkənin əsas hədəflərindən biri Beynəlxalq Multikultural Şəbəkənin fəaliyyətinə əsasən uğurlu və işgüzar reputasiyaya sahib olmaq, Azərbaycan Respublikasının multikulturalizm sahəsindəki mühüm uğurlarının beynəlxalq mütəxəssislər tərəfindən xarici ölkələrdə təbliğatını həyata keçirmək; fəaliyyət istiqamətləri üzrə elmi təhlilləri aparmaq və qorunub saxlanması yollarını müəyyənləşdirmək, multikulturalizm üzrə dünya mütəxəssislərinin şəxsi təcrübələrini təhlil edərək, təbliğatını aparmaq; müxtəlif ölkələrə aid mədəniyyətləri araşdırmaq və təşviq etmək; Beynəlxalq Multikultural Şəbəkənin ölkə təmsilçilərinin sayının artırılmasını təmin etməkdir.

Beynəlxalq Multikultural Şəbəkənin əldə etdiyi böyük nailiyyətlərindən biri  də xaricdə  və Azərbaycanda yaşayan xarici ekspertlərimizi , Beynəlxalq Multikultural Şəbəkənin  xarici nümayəndələrini  azərbaycançılıq, milli birlik, həmrəylik ideyalarımız ətrafında birləşdirmək, milli diaspor hərəkatının inkişafında fəaliyyətimizdən  istifadə edərək, təşkilatlanma prosesini daha da gücləndirməkdir.

Bununla əlaqədar olaraq,  Beynəlxalq Multikultural Şəbəkənin xarici nümayəndələrini Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin yanvarın 17-dən  start verdiyi “Əsgərə salam” aksiyasına qoşduq  və proses hələ də davam edir. Aksiyaya qoşduğumuz nümayəndələrimizi  hərbi salamlama vəziyyətində, Azərbaycan bayrağı ilə şəkil çəkdirərək, sosial şəbəkələrdə #esgeresalam  həştəqlərini qeyd etməklə paylaşmaları haqqında məlumatlandırdıq.  İlk 2 gün müddətində  davam edən aksiyada çox böyük uğurlara imza atıldı.

2020-ci il iyulun 12- də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan -- Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə, mövqeyimizi atəşə tutmaları haqqında və davam edən döyüşlərdə həlak olan şəhidlərimiz haqqında kifayət qədər nümayəndələrimizi məlumatlandırmışdıq. Bunun nəticəsində Beynəlxalq Multikultural Şəbəkənin Marketinq Meneceri Umar Mir aksiyaya qoşulduqdan sonra ermənilər Tvitter sosial məkanında ona hücüm etməyə  və bir sıra dövlət qurumları  tərəfindən bloklamağa  çalışmışdırlar. Umar Mir Beynəlxalq Multikultural Şəbəkə tərəfindən kifayət qədər düzgün məlumatlandırıldığı üçün onların dərsini yetərincə vermişdir.  Təbii ki, bir sıra ziyalılarımız tərəfindən bu hadisə yüksək səviyyədə qarşılanaraq Umar Mirə dəstək vermələri üçün cəmiyyətə müraciət edilmişdir. Bu  cür uğurlara imza atmaq Beynəlxalq Multikultural Şəbəkənin əsas məqsədidir.  Bununla əlaqədar olaraq 2020-ci il avqustun 4- də tarixində Beynəlxalq Multikultural Şuranın virtual təşkil etdiyi  ölkə təmsilçilərindən ibarət Beynəlxalq Şuranın qərarı ilə  Umar Mir    beynəlxalq müstəvidə bədnam erməni təcavüzünə qarşı milli azərbaycançılıq ideyası ətrafında geniş fəaliyyət göstərdiyinə görə Fəxri Fərmanla təltif olundu.

Xəyalə MƏMMƏDOVA,

Beynəlxalq Multikultural Şəbəkənin rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru

 

                                                                                                       

 

 

 

 

 

 

14 Avqust 2020 10:18 - XƏBƏRLƏR
XƏBƏRLƏR
30 Sentyabr 2020 | 14:01
Erməni xisləti və siyasəti...

Köhnə versiyamızdan xəbərləri izlə