Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Çempionlar Liqasında 2-ci yarımfinalçı - "Leyptsiq"

Çempionlar Liqasının 1/4 final mərhələsinin oyunları davam edir.

Qol.az xəbər verir ki, bu gün daha bir görüş keçirilib. Lissabonun "Estadio Joze Alvalade" stadionunda "Leyptsiq" Madrid "Atletiko"su ilə qarşılaşıb. Oyun Almaniya klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bununla da cəmi 4 ildir Bundesliqada iştirak edən gənc klub ÇL-in yarımfinalına yüksələrək möhtəşəm nəticə əldə edib.

33 yaşlı Yulian Naqelsmannın komandası final uğrunda oyunda ötən gecə yarımfinala yüksələn PSJ ilə qarşılaşacaq. Oyun avqustun 18-də keçiriləcək.
 

13 avqust

Çempionlar Liqası 1/4 final

23:00. "Leyptsiq" (Almaniya) - "Atletiko" (Madrid, İspaniya) - 2:1 
Qollar: Olmo, 51 (1:0), Feliks, 70-pen. (1:1), Adams, 88 (2:1)

14 avqust

23:00. "Barselona" (İspaniya) - "Bavariya" (Almaniya)

15 avqust

23:00. "Mançester Siti" (İngiltərə) - "Lion" (Fransa)

12 avqust
 
“Atalanta” (İtaliya) - PSJ (Fransa) - 1:2

 

Salman MUSAOĞLU,
“Xalq qəzeti”

 

14 Avqust 2020 10:09 - İDMAN
İDMAN
30 Sentyabr 2020 | 10:11
Bakıdakı Qran-pri ləğv olundu
30 Sentyabr 2020 | 09:59
"Traktor"dan Azərbaycana dəstək
29 Sentyabr 2020 | 21:41
Messinin rekordu təkrarlandı

Köhnə versiyamızdan xəbərləri izlə