Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əhmədiyyə Cəbrayılovun 100 illiyi münasibətilə videoslayd hazırlanıb

Azərbaycan xalqının igid övladı, İkinci Dünya müharibəsi dövründə antifaşist Müqavimət hərəkatının görkəmli nümayəndəsi, əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun 100 illiyi münasibətilə Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi videoslayd təqdim edib.

Videoslayd Əhmədiyyə Cəbrayılovun 100 illiyinin qeyd edilməsi haqqında ölkə başçısının imzaladığı müvafiq Sərəncama əsasən hazırlanıb.

Videoslaydın mövzusu Əhmədiyyə Cəbrayılovun həyat yolundan bəhs edən şəkillər üzərində qurulub.

Əhmədiyyə Cəbrayılov Şəki rayonunun Oxud kəndində anadan olub. İkinci Dünya müharibəsinin başlanması ilə ölkənin müdafiəsi üçün könüllü surətdə cəbhəyə yollanan Əhmədiyyə Cəbrayılov daha sonralar Fransa Müqavimət hərəkatında fəal iştirak edib. Əhmədiyyə Cəbrayılovun yüksək bacarıqla həyata keçirdiyi çoxsaylı kəşfiyyat əməliyyatlarındakı misilsiz şücaətləri layiqincə qiymətləndirilib. Fransa dövlətinin orden və medalları ilə təltif edilmiş həmvətənimizin, eyni zamanda, Müqavimət hərəkatı iştirakçıları sırasında xatirəsi əbədiləşdirilib.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

14 Avqust 2020 10:01 - XƏBƏRLƏR
XƏBƏRLƏR
30 Sentyabr 2020 | 14:01
Erməni xisləti və siyasəti...

Köhnə versiyamızdan xəbərləri izlə