Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Milli Kitabxana Abay Kunanbayevin 175 illik yubileyinə həsr olunmuş videokonfransda iştirak edib

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, TÜRKSOY Beynəlxalq təşkilatı, Qazaxıstanın Azərbaycandakı səfirliyi, Azərbaycan Milli Kitabxanası və Dövlət Pedaqoji Universiteti birgə nəşr etdikləri görkəmli qazax şairi və mütəfəkkiri Abay Kunanbayevin 175 illik yubileyi münasibətilə “TÜRKSOY Kitabxanası” seriyasından professor Elman Quliyevin “Abay Kunanbayev” kitabının təqdimatına həsr olunmuş videokonfrans keçirib.

İki hissədən ibarət olan videokonfransda Avrasiya Yazarlar Birliyi sədri Yakup Ömeroğlu, Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov, Azərbaycan Pedaqoji Universitetinin professoru Elman Quliyev, Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov, Milli Kitabxananın direktor müavini Ədibə İsmayılova, Hacı Bayram Veli Universitesi öğretim üyesi Hülya Kasapoğlu Çengel, Yusuf Balasagun Kırğız Milli Universitesi Rektör yardımçısı  Sadık Alahan, Azərbaycan Pedaqoji Universitetinin prorektoru, professor Asəf Zamanov, Sivas Cumhuriyet Universitesi Türk Dünyası Çalışmaları Uygulama və Araştırma Mərkəzi Başkanı şair Kenan Çarboğa  iştirak etmişlər. Daha sonra  Abay “Selam sana kalemkaşlım” adlı video konfrans iştirakçılarına nümayiş olunub.

Milli Kitabxananın direktoru, professor Kərim Tahirov çıxış edərək bildirib ki, mütərəqqi bəşəriyyət və bütün türk dünyası, türkdilli xalqlar qazax xalqının böyük şairi Abayın yubileyini böyük təntənə ilə qeyd edir. Beynəlxalq mədəniyyət təşkilatı “TÜRKSOY” özünün çoxillik ənənələrinə sadiq qalaraq 2020-ci ili “Abay ili” elan etmişdir və çox təəssüflər olsun ki, bütün dünyanı cənginə alan pandemiya təhlükəsi Abayın yubileyinin geniş şəkildə qeyd olunmasına imkan vermədi və biz çox az tədbirlərlə kifayətlənməli olduq. Böyük Abay Azərbaycanda da daim sevilən şairlərdən olub və onun əsərləri, habelə Qazax ədəbiyyatının böyük klassiki Muxtar Auezovun “Abay” romanı hələ sovet dövründə Azərbaycanda çox böyük tirajla çap olunaraq yayılmışdır. Abayın şeirləri respublikamızda dillər əzbəri olmuşdur. K.Tahirov öz çıxışını ümummilli liderimiz Heydər Əliyevin sözləri ilə bitirib: “Abay, onun yaradıcılığı bütün bəşəriyyətə, bütün xalqlara məxsusdur. Təbii ki, bu,  qazax xalqının fəxri, qazax xalqının xoşbəxtliyidir. Çünki onun belə görkəmli övladı, alimi, maarifçisi var və o, öz xalqını xoşbəxtliyə və firavanlığa aparan düzgün yol göstərmişdir. Bununla yanaşı, o, bütün bəşəriyyətə, eyni zamanda, Azərbaycan xalqına məxsusdur”.

Milli Kitabxananın direktor  müavini Ədibə İsmayılova  kitabxananın tərtib etdiyi “Abay Kunanbayev – 175” adlı virtual kitab sərgisini konfrans iştirakçılarına təqdim etmişdir. Virtual sərgidə Abay Kunanbayev haqqında Azərbaycanın görkəmli şəxslərinin fikirləri, Abayın portretləri, müəllifi olduğu əsərlər, haqqında yazılan kitab və məqalələri tam mətnləri ilə öz əksini tapmışdır.

M.MÜKƏRRƏMOĞLU,

“Xalq qəzeti”

 

 

 

 

14 Avqust 2020 09:58 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
26 Sentyabr 2020 | 09:04
Bədii qiraət ustası...
25 Sentyabr 2020 | 11:33
Opera səhnəmizin "Nigar"ı

Köhnə versiyamızdan xəbərləri izlə