Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Özbəkistanda karantin rejimi yumşaldılır

“Anadolu” agentliyinin yaydığı məlumata görə, Özbəkistanda avqustun 15-dən başlayaraq karantin rejimi mərhələ-mərhələ yumşaldılmağa başlanacaq.

Mənbənin verdiyi məlumatda qeyd edilir ki, avqustun 15-də yer­li aviaxətlərin, dəmir yolunun və avtomobillərin hərəkəti tam bərpa ediləcək. Həmin gündən sanatoriya­lar, pansionatlar, mehmanxanalar, muzeylər, uşaq sağlamlıq mərkəzləri, bərbərxanalar, gözəllik salonları, açıq havada kafelər də açılacaq. 30 nəfərdən çox iştirakçısı olmayan toy və digər ailə şənliklərinin keçirilməsinə də həmin tarixdən icazə verilir.

Bildirilir ki, avqustun 17-dən regi­onlar arasında avtomobillərin hərəkəti, metro istisna olmaqla, ictimai nəqliyyatın işləməsi də təmin olunacaq. Avqustun 20-dən geyim və tikinti materialları bazarları, böyük mağazalar, idman salonları, fitnes klubları və hovuzlar da işləyəcək.

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

14 Avqust 2020 04:43 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə