Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ-da prezident seçkiləri: kimin şansı daha çoxdur?

Demokratlar Partiyasından ABŞ prezidenti postuna namizəd Co Bayden hazırkı dövlət başçısı Donald Tramp üzərində qələbə qazana bilər. Bu ehtimal 71 faiz təşkil edir. Belə bir iddia ilə “FiveThirtyEight” internet portalı çıxış edib.

Portalın proqnozuna görə, 2020-ci ilin prezident seçkilərində Trampın şansı 29 faiz ola bilər. Ancaq hazırkı prezident qarşıdakı müddətdə rəqibini qabaqlamağa qadirdir: “Hazırda Baydenin Trampı həm milli səviyyədə, həm də ayrı-ayrı ştatlarda asanlıqla üstələməsinə baxmayaraq, Trampın qələbə şansı heç də az deyil. Çünki seçki kampaniya­sını canlandırmaq üçün onun kifayət qədər vaxtı var”.

Bununla yanaşı, sayt belə bir sual da irəli sürüb: “Ümumiyyətlə, rəy sorğusuna inanmağa dəyərmi?” 2016- cı ilin seçkilərini nümunə göstərən sayt bildirir ki, o vaxt ictimai rəydə Demokratlar Partiyasının namizədi Hillari Klinton liderlik edirdi. “FiveT­hirtyEight” onda Klintonun şansını da 71 faiz həddində qiymətləndirirdi.

Hazırda isə 2016-cı ildən fərqli olaraq, Baydenin ictimai dəstəyi daha böyükdür. Böyük Britaniyanın “The Independent” nəşri də qeyd edib ki, bir çox siyasi təhlilçilərin fikrincə, ABŞ-ın növbəti prezidenti Co Bayden olacaq. Amma inkar etmək olmaz ki, Trampın yenidən seçilmək şansı da yüksəkdir.

Ağ evin aparat rəhbəri Mark Medouz isə CBS telekana­lına müsahibəsində bildirib: “Biz seçkiləri noyabrın 3-də keçirməyi planlaşdırırıq və prezident qalib gələcək”.

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

14 Avqust 2020 04:42 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə