Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi AÇIQ TENDER ELAN EDİR

Satınalmanın predmeti:

Heyvanlar arasında epizootiya əleyhinə tədbirlərin aparılması üçün bioloji preparatların satın alınması.

Tender iştirakçılarına təklif edilir ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq öz tender təkliflərini möhürlənib imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texni­ki imkanlara malik olmalıdırlar. Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:

-aşağı qiymət, müqavilənin yerinə yetirilmə müddəti və şərtlər toplusunda digər qiymətləndirmə üçün tələb olunan tələblərə uyğunluq.

Aqrar Xidmətlər Agentliyi qarşısında yerinə yetirilməmiş və ya lazımi səviyyədə yerinə yetirilməmiş öhdəliyi olan fiziki və hü­quqi şəxslər bu tenderdə iştirak edə bilməzlər.

Maraqlananlar tenderlə əlaqədar əlavə məlumat almaq üçün əlaqələndirici şəxsə müraciət edə bilərlər.

Əlaqələndirici şəxs-Mustafa İbrahim oğlu Allahverənov.

Ünvan- Bakı şəhəri, Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsi 7 A

Telefon-(050) 361-98-62; Faks: (012) 563-40-87 ;

E- mail: [email protected]

Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində tərtib edilir. Zərurət olduqda beynəlxalq ticarətdə istifadə edilən dillərin birinə tərcümə olunacaqdır.

Tenderdə iştirak haqqı 4000 manatdır. İştirak haqqı geri qaytarılmır.

Maraqlananlar iştirak haqqını ödədikdən sonra tenderin əsas şərtlər toplusunu yuxarı­da göstərilən ünvandan əldə edə bilərlər.

VÖEN – 1401555071

A1. Emitent (ödəyən) bank

Bankın adı - Dövlət Xəzinədarlığı Agent­liyi

Kod – 210005

M/h - AZ41NABZ 01360100000000003944

S.W.İ.F.T. BİK: CTREAZ22

A2. Ödəyən müştəri

Təşkilatin adı – Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi

H/h – AZ04CTRE 00000000000008537601

VÖEN – 1504595531

Büdcə təsnifatının kodu – 142330

Büdcə səviyyəsinin kodu – 7

İddiaçılar tenderdə iştirak üçün 18 sent­yabr 2020-ci il saat 18.00-a qədər aşağı­dakı sənədləri (tender təklifi və 1 faiz bank təminatı istisna olmaqla) təqdim edilməlidir:

-tenderdə iştirak etmək üçün yazılı müraciət;

-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış;

-iddiaçının son bir ildəki fəaliyyəti haqqın­da vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki)maliyyə vəziyyəti haqqında bank arayışı.

- müvafiq sahibkarlıq fəaliyyəti növü­nün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması.

Bundan əlavə tender təklifi və bank təminatı möhürlənmiş bağlı zərflərdə 28 sentyabr 2020-ci il saat 18.00-a qədər təqdim olunmalıdır.

Göstərilən vaxtdan gec təqdim edilən zərflər açılmadan geri qaytarılacaqdır.

Tender təklifi tender zərflərinin açıldığı gündən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır. Tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı təqdim edilməlidir. Bank təminatı zərflər açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır. Bank təminatının qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır.

Bank təminatı və tender təklifini bağlı zərfdə təqdim etməyən iddiaçıların təklifləri etibarsız sayılacaqdır.

Bağlı zərflər 29 sentyabr 2020-ci il saat 16.00-da iddiaçının özünün və ya etibarnaməsi əsasında onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə Bakı şəhəri, Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsi 7 A nömrəli ünvanda Azərbaycan Respub­likasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin iclas zalında açılacaqdır.

Tender komissiyası

14 Avqust 2020 04:36 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
30 Sentyabr 2020 | 23:35
B i l d i r i ş
30 Sentyabr 2020 | 23:35
B i l d i r i ş
30 Sentyabr 2020 | 23:04
B i l d i r i ş
29 Sentyabr 2020 | 00:30
B i l d i r i ş
29 Sentyabr 2020 | 00:30
B i l d i r i ş

Köhnə versiyamızdan xəbərləri izlə