Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi dezinseksiya, dezinfeksiya, müalicə-profilaktika dərmanlarının və baytarlıq ləvazimatlarının satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Tender iştirakçılarına təklif edilir ki, dövlət satınalmalarının https//www.etender.gov.az/ vahid internet portalına (portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirak­çıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu dövlət satınalmalarının vahid internet portalı vasitəsilə əldə edə və müsabiqə üçün təkliflərini təqdim edə bilərlər.

Tenderdə iştirak haqqı 1500 manatdır.

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İştirak haqqının ödənilməsi yalnız asan ödəniş vasitəsilə həyata keçirilə bilər. Müsabiqədə iştirak etmək üçün “Asan Ödəniş et” düyməsini sıxaraq ödənişi etdikdən sonra müsabiqədə iştirak etmək olar.

Aqrar Xidmətlər Agentliyi qarşısında yerinə yetirilməmiş və ya lazımi səviyyədə yerinə yetirilməmiş öhdəliyi olan fiziki və hüquqi şəxslər bu tenderdə iştirak edə bilməzlər.

İddiaçılar tenderdə iştirak hüququnu təsdiqləyən aşağıdakı sənədləri təqdim etməlidirlər:

-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

-tender təklifi (tender zərflərinin açıldığı gündən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

-tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən son­ra ən azı 60 bank günü qüvvədə olmalı və bank təminatının qüvvədə olma müddəti isə tender təklifinin qüvvədə olma müddətindən ən azı 30 bank günü çox olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətini dayandır­dığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud ol­maması haqqında müvafiq vergi orqanından arayış;

-iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti haqqında bank arayışı.

- müvafiq sahibkarlıq fəaliyyəti növü­nün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması.

Malgöndərənlərin (podratçıların) ixti­sas göstəricilərinin qiymətləndirilməsi və müqayisəsi üçün üstünlük veriləcək meyar­lar aşağıdakılardır:

- tenderin predmeti üzrə iş təcrübəsinin olması (təsdiqedici sənədlər təqdim edilməklə);

- texniki və maliyyə imkanlarının olması;

- bu sahədə peşəkar olması.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender sənədləri Azərbaycan dilinə tərcümə edilməlidir) İddi­açılar tenderlə bağlı sualları portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər. Tenderlə əlaqədar istənilən məlumatı əldə etmək üçün aşağıdakı şəxsə müraciət etmək olar.

Əlaqələndirici şəxs-Mustafa Allahverənov.

Ünvan- Bakı şəhəri, Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsi 7 A, telefon--(050) 361-98-62; Faks: (012) 563-40-87 ; E- mail: [email protected]

Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.

Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak üçün ixtisas göstəricilərinə aid sənədləri 4 sentyabr 2020-ci il saat 15.00-a və tender təklifi ilə bank təminatı sənədlərini isə 14 sent­yabr 2020-ci il saat 18.00-a qədər portal vasitəsilə təqdim etməlidirlər.

İddiaçıların təklifləri 15 sentyabr 2020-ci il saat 15.00 - da açılacaqdır. Təkliflərin açılışı dövlət satınalmalarının vahid internet portalında aparılacaqdır.

QEYD-tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedur­lar yalnız elektron qaydada portal vasitəsilə aparılır.

Tender komissiyası

14 Avqust 2020 04:36 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
30 Sentyabr 2020 | 23:35
B i l d i r i ş
30 Sentyabr 2020 | 23:35
B i l d i r i ş
30 Sentyabr 2020 | 23:04
B i l d i r i ş
29 Sentyabr 2020 | 00:30
B i l d i r i ş
29 Sentyabr 2020 | 00:30
B i l d i r i ş

Köhnə versiyamızdan xəbərləri izlə