Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq “Atəşgah” Dövlət Tarix-Memarlıq Qoruğunun inzibati binasında rekonstruksiya və ərazinin abadlıq işlərinin layihə-smeta sənədlərinin hazırlanmasının satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Açıq tenderdə iddiaçı qismində ixtisaslı işçi heyətinə malik mikro, kiçik və orta sahibkarlıq subyektləri iştirak edə bilərlər.

Tender iştirakçılarına təklif edilir ki, dövlət satınalmalarının https//www.etender.gov.az/ vahid internet portalına (portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdır­lar. Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını (ASAN ödəniş vasitəsilə) aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu dövlət satınalmalarının vahid internet portalı vasitəsilə əldə edə və müsabiqə üçün təkliflərini təqdim edə bilərlər:

AZN hesabı

Emitent

Bankın adı – Dövlət Xəzinədarlığı Agentliyi

Bankın kodu – 210005

VÖEN – 1401555071

M/h – AZ41NABZ01360100000000003944

SWIFT – CTREAZ22

Alan – Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi

VÖEN – 1404365471

H/h – AZ53CTRE00000000000008498501

Büdcə səviyyəsinin kodu -7

Büdcə təsnifatının kodu -142330

Tenderdə iştirak haqqı 100 manatdır. İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi (ASAN ödəniş);

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 (bir) faizi həcmində bank təminatı (tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır);

- vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi və sosial müdafiə orqanından arayış;

- yüklülük barədə vergi orqanından arayış;

- iddiaçının son 1 (bir) ildəki fəaliyyəti haq­qında dövlət orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatı;

- iddiaçının son 1 (bir) ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının ilkin qeydiyyat sənədlərinin və onlara edilmiş əlavə və düzəlişlərin müvafiq qay­dada təsdiqlənmiş surətləri (iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsinin qeydiyyatdan keçdiyi ölkə və əsas fəaliyyət yeri göstərilməklə) və rekvizitləri;

- tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;

- iddiaçının son 3 (üç) il ərzində oxşar işlər üzrə iş təcrübəsini təsdiq edən sənədlər;

- mikro, kiçik, orta və ya iri sahibkarlıq subyektinə aid olması barədə məlumat;

- layihə işlərinin həyata keçirilməsi ilə bağlı müvafiq lisenziyanın olması;

- digər sənədlər (tenderin əsas şərtlər toplu­sunda göstərilən bütün digər sənədlər).

Sənədlər Azərbaycan dilində tərtib olunma­lıdır (xarici dildəki tender sənədləri Azərbaycan dilinə tərcümə edilməlidir). Mətnlər arasında fərq aşkar olunarsa, üstünlük Azərbaycan dilində tərtib edilmiş mətnə veriləcəkdir. İddiaçılar tenderlə bağlı sualları portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər.

Tenderlə əlaqədar istənilən məlumatı almaq üçün aşağıdakı şəxsə müraciət etmək olar.

Əlaqələndirici şəxs- Mehman Bayramov.

Ünvan- Bakı şəhəri, Nizami küçəsi 96E, Landmark I, 3-cü mərtəbə.

Telefon- +994125058704 (əlavə 2304); Faks: +994124920592.

E-mail: [email protected]

İddiaçılar öz təkliflərini əsas şərtlər toplusun­da göstərilən müddəalara uyğun olaraq hazırlama­lı, tenderdə iştirak üçün sənədləri (tender təklifi və təklifin bank təminatı istisna olmaqla) 17 sentyabr 2020-ci il saat 18.00-a, tender təklifini və təklifin bank təminatını isə 25 sentyabr 2020-ci il saat 18.00-dək portal vasitəsilə təqdim etməlidirlər.

İddiaçıların tender təkliflərinin açılışı 28 sentyabr 2020-ci il saat 12.00-da dövlət satınal­malarının vahid internet portalında virtual iclas formatında aparılacaqdır. Elektron satınalmanın hər bir iştirakçısı onların təkliflərinin açılışını və qiymətləndirilməsini elektron portal vasitəsilə izləyə bilər.

QEYD-tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.

Tender komissiyası

14 Avqust 2020 04:35 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
30 Sentyabr 2020 | 23:35
B i l d i r i ş
30 Sentyabr 2020 | 23:35
B i l d i r i ş
30 Sentyabr 2020 | 23:04
B i l d i r i ş
29 Sentyabr 2020 | 00:30
B i l d i r i ş
29 Sentyabr 2020 | 00:30
B i l d i r i ş

Köhnə versiyamızdan xəbərləri izlə