Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şəhid oğlu Ali Baş Komandanın ona zəng etməsindən razılıqla danışdı

YAP Nəsimi rayon təşkilatı və Gənclər Birliyi bu il iyulun 12-də işğalçı Ermənistanın Azərbaycanın Tovuz rayonu ərazisindəki sərhədlərinə təxribat xarakterli silahlı təcavüzünün qarşısını alarkən şəhid olmuş zabit və əsgərlərimizin xatirəsinə həsr edilmiş videoanım mərasimi keçirib. Tədbirdə 70-dən çox gənc və şəhid polkovnik İlqar Mirzəyevin oğlu, YAP Nəsimi rayon təşkilatı Gənclər Birliyinin fəalı Elvin Mirzəyev, Milli Məclisin deputatı, YAP Nəsimi rayon təşkilatı qadınlar şurasının üzvü Fatma Yıldı­rım da iştirak ediblər.

Videoanım mərasimini açan YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı bu il iyulun 12- də işğalçı Ermənistanın Azərbaycanın Tovuz rayonu ərazisi boyunca sərhədlərini və ətraf kəndləri ağır artilleriya silahları ilə atəşə tutmasından, törədilmiş hərbi cinayətlərdən danışdı və dünya birliyinin , o cümlədən ATƏT-in Minsk qru­punun susqunluğunu kəskin tənqid etdi. M.İbrahimqızı tezliklə Azərbaycan xalqı­nın, onun qüdrətli ordusu­nun, bütün fəaliyyəti ərzində dövlətçiliyimizi və milli maraqlarımızı qətiyyət və prinsipiallıqla müdafiə edən Ali Baş Komandanın əzmi ilə ölkəmizin ərazi bütövlüyünün bərpa ediləcəyini bildirdi.

M. İbrahimqızı Ali Baş Komandan, Prezident İl­ham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilmiş qisas əməliyyatı haqqın­da gənclərə məlumat verdi. Dedi ki, Tovuzdakı erməni təxribatı Azərbaycan xalqı­nın “xalq-ordu-Ali Baş Ko­mandan” sarsılmaz birlik və həmrəyliyini bir daha dünyaya nümayiş etdirdi. Deputat Fatma Yıldırım Tovuzdakı erməni təxribatı zamanı Azərbaycan Ordusunun düşmənə qarşı göstərdiyi şücaətdən, onların bu müharibədə, Qarabağın azad olunma tarixinə qəhrəmanlıq səhifəsi yazdıqlarından danışdı.

YAP Nəsimi Rayon Gənclər Birliyinin sədri Salman Salma­nov şəhidlərimizin tariximizin əbədi ölməzlik və şərəf səhifəsi, şəhidliyin əlçatmaz zirvə ol­duğundan, onların arzuzularını yerinə yetirəcəklərindən –işğal altında olan ərazilərimizi azad edəcəklərindən danışdı.

Tədbir YAP Nəsimi rayon təşkilatı tərəfindən hazırlanmış Tovuz şəhidlərinin xatirəsinə həsr edilmiş xüsusi proqramla davam etdi. Həmin əməliyyatda şəhid olanların xatirəsinə həsr edilmiş video-çarxın təqdimatı, YAP Nəsimi Gənclər Birliyinin üzvləri Səddam Məmmədovun ifasında şəhid Xəyyam Daşdəmirovun son nəfəsində anasına yazdığı məktub və Mələk Qədirlinin ifasında gənc YAP fəalı Rəna Süleymanlının polkovnik İlqar Mirzəyevə həsr etdiyi şeir tədbir iştirakçılarına duyğusal anlar yaşatdı.

Tədbirin sonunda şəhid pol­kovnik İlqar Mirzəyevin oğlu, YAP Nəsimi Rayon Gənclər Birliyinin fəalı Elvin Mirzəyev atasının qəhrəmanlığından, onun Vətən, dövlət və millət sevgisindən fəxrlə danışdı. Şəhid oğlu Ali Baş Komandanın ona zəng etməsindən, atasının hünər dolu şücaətindən danış­masından qürur duyduğunu bil­dirdi və gələcəkdə onun da ata­sının yolunu davam etdirəcəyi barədə Ali Baş Komandana söz verdiyini bildirdi.

Əliqismət BƏDƏLOV, “Xalq qəzeti”

14 Avqust 2020 04:32 - XƏBƏRLƏR
XƏBƏRLƏR
30 Sentyabr 2020 | 14:01
Erməni xisləti və siyasəti...

Köhnə versiyamızdan xəbərləri izlə