Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan-Türkiyə birgə təlimlərində Yüksək Səviyyəli Müşahidəçi Günü keçirilib

Avqustun 13-də Azərbaycan-Türkiyə quru qoşunları və hərbi hava qüvvələrinin birgə döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərinin Yüksək Səviyyəli Müşahidəçi Günü keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Azərbaycan və Türkiyə Müdafiə nazirliklərinin rəhbərliyi və qoşun növləri komandanları təlimlərin birinci mərhələsinin son epizodunu izləmək üçün təlim poliqonuna gəliblər.

Əvvəlcə təlimin planlaşdı­rılması, ona hazırlıq prosesi, qoşunların yerləşdirilməsi, eləcə də mərhələlər üzrə icra olunan tapşırıqlar barədə brifinq təqdim edilib. Təlimlər haqqında ərazinin make­ti üzərində ətraflı məruzə olunduqdan sonra yüksək səviyyəli qonaqlar təlimlərə cəlb edilən şəxsi heyət və hərbi texnika ilə tanış olub, qarşıya qoyulan tapşırıqların praktiki icrasını müşahidə ediblər.

Keçirilmiş birgə takti­ki təlimlərdə hər iki ölkə ordularının hərbi qulluq­çuları və bölmələri yüksək peşəkarlıq və bacarıq göstərib, birgə fəaliyyətlərin planlaşdırılmasında və icrasında qərargahların və bölmələrin şəxsi heyəti əvvəlki təlimlərdə əldə etdikləri təcrübələrini artırıb, hər iki ölkənin milli maraq­larından irəli gələn strateji məqsədlərə nail olmaq üçün qarşıya qoyulmuş tapşırıq­ların öhdəsindən layiqincə gəlməyə hazır olduqlarını nümayiş etdirib.

Birgə təlimlərin birinci mərhələsinin son epizodu müvəffəqiyyətlə başa çat­dıqdan sonra qonaqlar şəxsi heyətlə görüşüb, fərqlənən hərbi qulluqçuları müka­fatlandırıb və xatirə şəkli çəkdiriblər.

Sonda Azərbaycan və Türkiyə hərbi marşların­dan ibarət musiqi proqramı nümayəndə heyətləri və təlim iştirakçılarına təqdim olunub.

AZƏRTAC

14 Avqust 2020 04:24 - XƏBƏRLƏR
XƏBƏRLƏR
30 Sentyabr 2020 | 14:01
Erməni xisləti və siyasəti...

Köhnə versiyamızdan xəbərləri izlə