Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Google Plus” fəaliyyətini dayandırır

“Google Plus” fəaliyyətini dayandırır

“Google” şirkə 2019-cu ildə “Google Plus” servisinin fəaliyyətini dayandıracağı ilə bağlı məlumat yayıb.
Şirkətin yaydığı məlumatda bildirilir ki, servisin dayandırılmasının səbəbi xidmətə dəstəklə bağlı yaranan çətinliklərdir. Eyni zamanda bu servisin populyarlığının xeyli aşağı düşməsi, istifadəçilər tərəfindən faktiki olaraq istifadə edilməməsi belə qərarın verilməsinə gətirib çıxarıb. Lakin servisin korporativ istifadəçilər üçün qorunub saxlanılacağı qeyd edilir.
Bundan əlavə, şirkət “Google+”-da 500 min istifadəçinin hesab məlumatlarına şamil edilən boşluq barədə məlumat verib.

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

9 Oktyabr 2018 23:13 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
5 Noyabr 2018 | 11:14
Seperatçılar məğlub oldular

Ən son xəbərləri səhifəmizdən də izləyin