Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan və Türkiyə Müdafiə nazirliklərinin rəhbərliyi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar, Azərbaycan Respublikası Müdafiə nazi­rinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov, Türkiyə Respublikasının Baş Qərargah rəisi ordu generalı Yaşar Güler və hər iki ölkənin müxtəlif qoşun növlərinin komandanları avqustun 13-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladla­rının xatirəsi ehtiramla anılıb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

Qonaqlar Şəhidlər xiyaba­nında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk şəhidliyi” abidəsinin önünə əklil qoyub və gül dəstələri düzüblər.

AZƏRTAC

14 Avqust 2020 04:22 - XƏBƏRLƏR
XƏBƏRLƏR
30 Sentyabr 2020 | 14:01
Erməni xisləti və siyasəti...

Köhnə versiyamızdan xəbərləri izlə