Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanda koronavirus infeksiyasından daha 211 nəfər sağalıb, 91 yoluxma faktı qeydə alınıb

Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 211 nəfər sağalıb, 91 yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 33 min 915 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 31 min 269 nəfər müalicə olunaraq sağalıb, 500 nəfər vəfat edib. Aktiv xəstə sayı 2146 nəfərdir.

Ötən müddət ərzində 812 min 33 test aparılıb. Dünənki test sayı isə 7520-dir.

14 Avqust 2020 04:20 - XƏBƏRLƏR
XƏBƏRLƏR
30 Sentyabr 2020 | 14:01
Erməni xisləti və siyasəti...

Köhnə versiyamızdan xəbərləri izlə