Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xəzərin çirklənməsinin qarşısını birgə almalıyıq

Xəzər dənizinin çirklənməsinin qarşısının alınması və bu problemin aradan aldırılması məqsədilə ETSN-nin təşkilatçılığı, maraqlı və məsul tərəflərin iştirakı ilə “Xəzər dənizinin ekoloji vəziyyəti: risklər və təkliflər” mövzusunda videokonfrans formatında görüş keçirilib. Bunu nazirliyin şöbə müdiri Rasim Səttarzadə bildirib.

O qeyd edib ki, Ekologiya və Təbii Sərvətlər, Daxili İşlər, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirlikləri, Dövlət Sərhəd Xidməti, Azərbaycan Milli Elmlər Akademiyası, Dövlət Neft Şirkəti, “Azərsu” ASC, Meliorasiya və Su Təsərrüfatı ASC və ETSN yanında İctimai Şuranın nümayəndələrinin iştirakı ilə  keçirilən görüşdə Xəzərin ekoloji problemləri, görülmüş və görüləcək işlər, dənizin ekoloji mühitinə mənfi təsirlərin azaldılmasına birgə nail olunması ətrafında müzakirələr aparılıb.

“Onlayn görüşdə aidiyyəti qurumların, ictimaiyyətin və qeyri-hökumət təşkilatlarının bu istiqamətdə fəaliyyətinin vacibliyi vurğulanıb, Xəzərin çirklənmədən qorunması məsələsinin gündəmdə saxlanılması, konkret tədbirlərin görülməsi və cavabdeh məsul tərəflərlə mütəmadi fikir mübadiləsinin aparılması qərara alınıb”.

Qəzənfər QASIMOV,
“Xalq qəzeti”

 

 

13 Avqust 2020 15:24 - XƏBƏRLƏR
XƏBƏRLƏR
30 Sentyabr 2020 | 14:01
Erməni xisləti və siyasəti...

Köhnə versiyamızdan xəbərləri izlə