Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Kaliforniya od içində

ABŞ-ın Kaliforniya ştatında meşə yanğınları tüğyan edir. Alov 40 kvadratmetr  sahəni əhatə edir və Los-Anjeles şəhərindən  60 kilometr  aralıdır. Alov getdikcə şiddətlənir və yaşayış məntəqələrinə yaxınlaşır. Artıq yanğın bir neçə tikilini məhv edib.

İsti hava, quraqlıq və güclü külək alovu daha da şiddətləndirir. Yanğınla mübarizəyə  kifayət qədər yanğınsöndürən və xüsusi texnika cəlb edilsə də , onlar hələlik alovun qarşısını ala bilmirlər.

Təbii fəlakət İspaniyanın cənubunda da fəsadlar törədib. Yerli KİV-in məlumatına görə, 20 dəqiqə ərzində üç aylıq norma miqdarında yağıntı düşüb. Bu isə güclü daşqınlara, torpaq sürüşməsinə və fəlakətlərə səbəb olub. Yaşayış binalarına,  şəhərlərə və kəndlərə xeyli ziyan dəyib.

Yaponiyanın mərkəzinə də güclü və aramsız yağışlar yağıb. Lakin İspaniyadakı kimi dağıdıcı olmayıb.

Qəzənfər QASIMOV,
“Xalq qəzeti”

 

 

13 Avqust 2020 15:22 - XƏBƏRLƏR
XƏBƏRLƏR
30 Sentyabr 2020 | 14:01
Erməni xisləti və siyasəti...

Köhnə versiyamızdan xəbərləri izlə