Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ağac kəsən şəxs cəzalandırılıb

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 13-cü mikrorayonda 3 sərv ağacının kəsildiyi müəyyən edilib. Bunu xidmətin rəis müavini Ramal Bağırov bildirib.

O qeyd edib ki, araşdırma zamanı ağacların obyekt tikintisi məqsədilə Sumqayıt şəhər sakini Arif Nadirov tərəfindən kəsildiyi və təbiətə 2040 manat məbləğində ziyan dəydiyi məlum olub. Faktla bağlı akt tərtib edilib.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər Sumqayıt Şəhər Prokurorluğuna göndərilib.

Qəzənfər  QASIMOV,
“Xalq qəzeti”

 

13 Avqust 2020 15:03 - EKOLOGİYA
EKOLOGİYA
2 Sentyabr 2020 | 16:19
Sentyabr ayına olan hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə