Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanın Los-Ancelesdəki baş konsulu videokonfransda Azərbaycana dair təqdimat edib

ABŞ-ın və dünyanın ən nüfuzlu yəhudi təşkilatlarından olan Amerika Yəhudi Komitəsinin (AYK) Los-Anceles nümayəndəliyinin dəvəti ilə Azərbaycanın Los-Ancelesdəki baş konsulu və Los-Anceles Konsulluq Korpusunun duayeni Nəsimi Ağayev həmin təşkilatın rəhbər şəxsləri, eləcə də onun gənclər qanadı olan ACCESS-in üzvləri ilə keçirilən videokonfransda Azərbaycana dair təqdimatla çıxış edib. Bu barədə  Azərbaycanın Los-Ancelesdəki baş konsulluğundan bildirilib.

Baş konsul çıxışında ölkəmizin müstəqillik tarixi haqqında ətraflı məlumat verib, 1918-ci ildə Azərbaycan xalqının tariximizin ilk respublikası olan Azərbaycan Xalq Cümhuriyyətini yaratdığını və bu respublikanın müsəlman dünyasında ilk dünyəvi və demokratik dövlət, eləcə də qadınlara səsvermə hüququ verən ilk müsəlman ölkəsi kimi tarixə düşdüyünü qeyd edib.

Azərbaycanda mövcud olan dinlərarası harmoniya, qədim tolerantlıq və multikulturalizm ənənələri haqda ətraflı məlumat verən N.Ağayev əhalisinin əksəriyyəti müsəlman olan ölkəmizdə İslam dini ilə yanaşı, xristian, yəhudi və digər dinlərə mənsub insanların qarşılıqlı anlaşma, mehriban qonşuluq və əmin-amanlıq şəraitində yaşadıqlarını diqqətə çatdırıb.

Baş konsul Azərbaycanın İsrail, eləcə də AYK ilə müxtəlif sahələrdə uğurlu əməkdaşlıq əlaqələrinin mövcud olduğunu və bu əlaqələrin yüksək səviyyəli qarşılıqlı səfərlərin həyata keçirilməsi ilə ilbəil daha da genişləndiyini bildirib.

Daha sonra N.Ağayev Ermənistan-Azərbaycan münaqişəsi, Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi işğalçılıq və etnik təmizləmə siyasəti, Ermənistanın son hərbi təxribatı, habelə iyulun 21-də Los-Ancelesdə radikal ermənilərin Azərbaycan icmasının üzvlərinə qarşı həyata keçirdiyi zorakılıqla bağlı ətraflı məlumat verib. O, AYK-nın həmin hadisədən dərhal sonra bu vəhşilikləri qətiyyətlə pisləməsini yüksək qiymətləndirdiyimizi, bunun Azərbaycan və yəhudi xalqlarının tarixən həm xoş, həm də çətin günlərdə daim bir-biri ilə bağlı məsələlərdə göstərdiyi həmrəyliyə gözəl bir nümunə olduğunu vurğulayıb.

Təqdimatdan sonra baş konsul iştirakçıların suallarını cavablandırıb.

 

Əfsanə BAYRAMQIZ,
"Xalq qəzeti"

13 2020 13:40 - XƏBƏRLƏR
XƏBƏRLƏR
18 Sentyabr 2020 | 11:56
NASA Venerada həyat axtaracaq
18 Sentyabr 2020 | 11:53
Baş Prokurorluqda yeni təyinat
18 Sentyabr 2020 | 11:42
Dünya əhalisinin sayı artır

Köhnə versiyamızdan xəbərləri izlə