Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanlı atletin göstəricisi ən yaxşılar arasında

Avropa Atletika Assosiasiyası öz saytında idmançıların ən yaxşı 50 performans cədvəlini açıqlayıb.

"Report"un məlumatına görə, siyahıda Türkiyə millisinin heyətində çıxış edən azərbaycanlı atlet Ramil Quliyevin 2018-ci ildə Almaniyanın paytaxtı Berlindəki Avropa çempionatında qazandığı nailiyyət də yer alıb.

30 yaşlı idmançı sözügedən turnirdə 200 metr məsafəyə qaçışda 19,76 saniyəlik göstərici ilə qızıl medala sahib çıxmışdı.

Qeyd edək ki, Ramil Quliyev 2017-ci ildə Böyük Britaniyanın paytaxtı Londonda eyni məsafəyə qaçışda dünya çempionu olub. 

Salman MUSAOĞLU,

“Xalq qəzeti”

13 2020 12:03 - İDMAN
İDMAN
24 Sentyabr 2020 | 00:38
Mendi “Çelsi”yə keçib

Köhnə versiyamızdan xəbərləri izlə