Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Politoloq Şəbnəm Həsənovanın xarici mətbuatda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məqaləsi

"Ermənistanın Dağlıq Qarabağ münaqişəsində məsuliyyətini aradan qaldırmaq cəhdləri bölgədə təhlükə yaradır" adlı məqaləsi Roma, İtaliyada "Dünya Geostrateji İnstitutu" (World Geostrategic Institute) və "Avrasiya İcmalı" (Eurasiareview), Türkiyədə "Türkiyə Enerji Strategiyası və siyasəti Araşdırma Mərkəzi" beyin mərkəzində (think tank) dərc olunub.

Müəllif məqalədə beynəlxalq ictimaiyyətin COVID-19-a qarşı mübarizə apardığı bir zaman kəsiyində Ermənistan silahlı qüvvələrininin atəşkəs rejimini kobud şəkildə pozmasından, Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu istiqamətində Azərbaycanın mövqelərinə zərbələr endirməsindən bəhs edir. Eyni zamanda, məqalədə hər zaman olduğu kimi Ermənistanın Azərbaycanı hərbi təxribat törətməkdə günahlandırmasına cəhd göstərməsi və bunun arxasında dayanan bir neçə daxili və xarici səbəblər araşdırılır.

Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini manipulyasiya etməyə və münaqişənin qarşısını almaq üçün Ermənistanı sabitliyin tərəfdarı kimi göstərməyə çalışarkən, Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevın Ermənistanın təxribatçı hərəkətlərinin arxasında bir neçə vacib amili: Ermənistanın Dağlıq Qarabağ münaqişəsinə görə məsuliyyətini aradan qaldırmağa çalışmaq cəhdi; Ermənistanın bölgədə gərginliyin saxlanmasında maraqlı olmasından və bölgə üçün açıq təhlükə yaratmasından, Ermənistan əhalisinin diqqətini daxili problemlərdən və ölkədə COVID-19-un geniş yayıldığı vəziyyətdə Paşinyan siyasətinin uğursuzluğundan yayındırmaq cəhdləri sadalanır. Məqalədə həmçinin Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını münaqişəyə cəlb etmək cəhdindən, Azərbaycanın Ermənistan istisna olmaqla KTMT üzvlərinin hamısı ilə dost münasibətləri vurğulanır.

Paşinyanın Azərbaycanın işğal olunmuş şəhəri Şuşaya səfər etməsinin danışıqlar prosesinə mənfi təsir etməsi məqalədə vurğulanır. BMT-nin 130-a qədər üzv dövləti tərəfindən Qoşulmama Hərəkatının sədri statusunda Prezident İlham Əliyevin BMT Baş Assambleyasının Xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın növbəti göstəricisidir. Bu təşəbbüsə qarşı çıxış edən yeganə dövlət Ermənistan olmuşdur. Bütün dünya COVİD-19-a qarşı mübarizədə qlobal həmrəyliyin vacibliyini vurğuladığı halda, Ermənistan qlobal xarakter daşıyan bu təşəbbüsə qarşı çıxış etməklə BMT sistemində və dünya dövlətləri arasında özünü rüsvay etdi. Bütün dünya bir daha Ermənistanın əsl irticaçı mahiyyətinin şahidi oldu.

Bundan əlavə, Türkiyə, Pakistan, Ukrayna kimi dövlətlərin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsindən, Türk Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, TÜRK PA, GUAM kimi beynəlxalq təşkilatlar tərəfindən Ermənistan hərbi təxribatını qətiyyətlə qınayan bəyanatlar verilməsinə məsələsinə də məqalədə yer verilir.

Məqalədə Ermənistan BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməsini (822, 853, 874 və 884) hələ də yerinə yetirməməsi faktda vurğulanır.

 

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”

 

13 Avqust 2020 11:37 - XƏBƏRLƏR
XƏBƏRLƏR
1 Oktyabr 2020 | 10:58
Kino kimi bir həyat yaşadı

Köhnə versiyamızdan xəbərləri izlə