Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Çempionlar Liqası: PSJ əzmkar qələbə ilə yarımfinala yüksəldi

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə start verilib.

"Report"un məlumatına görə, ilk oyun günündə bir qarşılaşma keçirilib.

İtaliya "Atalanta"sı Portuqaliyanın Lissabon şəhərindəki "Estadio da Luş" stadionunda Fransa çempionu PSJ ilə üz-üzə gəlib. Rəqibini 2:1 hesabı ilə məğlub edən Paris təmsilçisi yarımfinala vəsiqə qazanan ilk komanda olub.

Görüşdə hesabı "Atalanta"nın heyətində Mario Paşaliç açıb. İlk hissə bu hesabla başa çatıb. 90-cı dəqiqədə Markinyos tarazlığı bərpa edib. Oyunun əsas vaxtına əlavə olunmuş 3-cü dəqiqədə isə Erik Şupo-Motinq PSJ-nin 2-ci qolunu vuraraq komandasına əzmkar qələbə qazandırıb.

Qeyd edək ki, PSJ yarımfinalda “Leyptsiq" (Almaniya) - "Atletiko" (İspaniya) duelinin güclüsü ilə qarşılaşacaq. 

Salman MUSAOĞLU,
“Xalq qəzeti”

 

13 2020 11:31 - İDMAN
İDMAN
24 Sentyabr 2020 | 00:38
Mendi “Çelsi”yə keçib

Köhnə versiyamızdan xəbərləri izlə