Ən son xəbərlər

Son buraxılış
Arxiv

Drezdendə etiraz aksiyası

Drezdendə etiraz aksiyası

Almaniyanın Drezden şəhərində İslam dini və miqrantlar əleyhinə növbəti nümayiş keçirilib. Bu barədə “Alman dalğası”na istinadən “Reuters” agentliyi məlumat yayıb. 
Mənbə qeyd edir ki, Drezdendə sağyönümlü “Pegida” hərəkatının çağırışı ilə keçirilən nümayiş sayca 159-cu aksiya olub. Nümayişə hərəkatın yüzlərlə tərəfdarı qoşulub. Etirazçılar Almaniya hökumətinin qaçqınların qəbulu ilə bağlı siyasətini tənqid edib, miqrantlara sığınacaq verilməsinə qarşı çıxıblar. 
Aksiya iştirakçıları miqrant axınının qarşısını almaq üçün sərhədlərin bağlanmasını tələb ediblər. Aksiyada iştirak edən sağyönümlü siyasətçilər antimiqrant və islamofob şüarlar səsləndiriblər. Nümayiş zamanı asayişin qorunmasına çox sayda polis cəlb olunub.

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

9 Oktyabr 2018 23:11 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
5 Noyabr 2018 | 11:14
Seperatçılar məğlub oldular

Ən son xəbərləri səhifəmizdən də izləyin