Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Birləşmiş Ərəb Əmirlikləri ilə ə müqavilə-hüquq bazasının yaradılması müzakirə olunub

Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında əlaqələrin inkişafı əmək, məşğulluq və sosial müdafiə sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün də yaxşı imkanlar yaradır. Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev BƏƏ-nin Azərbaycandakı səfiri Mohamed Alqubaisi ilə videoformatda görüşü zamanı bildirib.

Nazir ölkəmizin tarixən dini və mədəni köklərlə bağlı olduğu ərəb ölkələri, o cümlədən BƏƏ ilə əlaqələrin inkişafına və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verdiyini vurğulayıb. O, Prezident İlham Əliyevin sosial-iqtisadi siyasətinin nailiyyətləri barədə məlumat verib, ölkədə aparılan siyasətin ana xəttinin vətəndaş rifahının təminatı olduğunu diqqətə çatdırıb. BƏƏ-nin Yerli İcmaların İnkişafı üzrə naziri xanım Hessa Buhumaidin ötən ilin iyun ayında ölkəmizə səfəri çərçivəsində onunla əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlığa dair faydalı müzakirələrin aparıldığını deyib.

   M.Alqubaisi Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini qeyd edib. Ölkəsinin Azərbaycana dost münasibəti göstərdiyini və bu əsasda BƏƏ-nin Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu vurğulayan səfir iki ölkə arasında əmək və sosial müdafiə sahəsində ikitərəfli əlaqələrin genişlənməsi üçün də səylərini göstərəcəyini deyib. 

Görüşdə İslam Əməkdaşlıq Təşkilatının mənzil-qərargahı Bakı şəhərində yerləşəcək beynəlxalq statuslu Əmək Mərkəzinin önəmindən bəhs olunub. Əmək və sosial müdafiə sahəsində ikitərəfli əlaqələrin inkişafı üçün müqavilə-hüquq bazasının yaradılması, bu istiqamətdə səylərin gücləndirilməsi, gələcək əməkdaşlıq məsələləri müzakirə edilib.

Z.BƏŞİRQIZI, “Xalq qəzeti”

13 Avqust 2020 11:22 - XƏBƏRLƏR
XƏBƏRLƏR
1 Oktyabr 2020 | 10:58
Kino kimi bir həyat yaşadı

Köhnə versiyamızdan xəbərləri izlə