Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Donald Tramp: Rusiya ilə nüvə silahları üzrə müqavilə üzərində işləyirik

Hazırda dünyanın vacib problemlərindən biri Rusiya ilə nüvə silahları haqqında müqavilə im­zalanmasıdır. Bu barədə ABŞ Prezidenti Donald Tramp bəyan edib. Məlumatı “İnterfaks.ru” verib.

Tramp deyib: “Hazırda biz Rusi­ya ilə nüvə silahları ilə bağlı müqavilə üzərində işləyirik. Bu, böyük bir dünya problemidir”. Onun sözlərinə görə, “Ru­siya bunu çox istəyir” və bu səbəbdən də “gecikdirməyəcək. Bu, əladır”.

Qeyd edək ki, ABŞ Prezidenti keçən il bəyan etmişdi ki, Vaşinqton, Moskva və Pekin müddəti 2021-ci ilin fevralın­da başa çatacaq strateji nüvə silahlarının ixtisarı haqqında müqavilənin (DSNV) əvəzində nüvə silahlarının istehsalını məhdudlaşdıran üçtərəfli müqavilə bağlamalıdır. Ancaq Çin bir neçə dəfə bildirib ki, üçtərəfli danışıqlara qoşulmayacaq.

Tramp yenidən bəyan edib ki, Rusiyaya qarşı sabiq prezi­dent Barak Obamaya nisbətən daha sərt mövqe tutur: “Mən NATO-nu məcbur etdim ki, özünü Rusiyadan qorumaq üçün 400 milyard dollar artıq üzvlük haqqı ödəsin. Obama isə heç nə əldə edə bilməmişdi, o, yalnız NATO ölkələrinin üzvlük haqqını sıxmışdı. Vəziyyət, bax, bu cürdür”.

Prezident Tramp Rusiyanın “Şimal axını-2” qaz kəmərinin tikintisinə mane olması haqqında da danışıb: “Bu kəmərlə bağlı mövzunu mən qaldırmışam, mənə qədər bu barədə heç kim düşünməyib. Almaniya enerjini Rusiyadan alır. Mən soruşdum ki, bu, nə sövdələşmədir? Siz Rusiyaya milyard­larla dollar ödəyirsiniz, biz isə sizi Rusiyadan qoruyuruq”.

ABŞ lideri onun prezidentliyi dövründə ordunun gücləndiyini də qeyd edib: “Mən hərbçilərə 2,5 trilyon dollar ayırmışam. Bizim ordumuz ən güclüdür. Obamanın vaxtında ordumuzun maliyyə təchizatı zəifləmişdi. İndi bizim kosmik qüvvələrimiz də var”.

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

13 Avqust 2020 03:38 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
1 Oktyabr 2020 | 00:48
İlk elastik ekranlı kompüter
1 Oktyabr 2020 | 00:47
9,4 milyon dollar təzminat
1 Oktyabr 2020 | 00:10
Yeni raket hazırlanır
1 Oktyabr 2020 | 00:09
Generalın bəyanatı

Köhnə versiyamızdan xəbərləri izlə