Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mayk Pompeonun Avropa səfəri

ABŞ-ın dövlət katibi Mayk Pompeo üç gündür ki, Mərkəzi Avropada səfərdədir. Onun ilk daya­nacağı Çex Respublikasının paytaxtı Praqa olub. Bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

M.Pompeo Praqa­da ABŞ-ın İkinci dünya müharibəsində regionun azad edilməsindəki roluna həsr olunan muzeyi ziyarət edib. Dövlət katibinin səfəri D.Tramp Administrasiyasının Rusiya və Çinin Avropada iqtisadi və geosiyasi təsiri uğ­runda rəqabətinə müqavimət göstərməyə çalışdığı vaxta təsadüf edir.

Dünən ABŞ-ın dövlət katibi Sloveniyanın Lyublyana şəhərində bu ölkənin rəhbərləri ilə müzakirələrə başlayıb. O, 2011-ci ildən bəri Sloveniyaya səfər edən ilk dövlət katibidir. Burada 5G texnologiyası ilə bağlı birgə bəyanat imzalanıb. Məqsəd Çinin regionda yüksək texnologiyalı şəbəkələrə müdaxiləsinin yaratdığı risklərin qarşısını almaqdır.

M.Pompeo bu gün axşam Sloveniyadan Polşaya səfər edəcək. Pentaqon Almaniya­dan 12 minə yaxın qoşunu geri çəkmək və hərbçilərin bir hissəsini Polşa və başqa NATO ölkələrinə yerləşdirməyi planlaşdırır. Bu plan bəzi Av­ropa ölkələrində narahatlığa səbəb olub. Lakin Amerikanın yüksək vəzifəli rəsmiləri bunu strateji zərurət adlandırırlar.

ABŞ-ın Dövlət Departa­mentinin Avropa və Avra­siya məsələləri üzrə katib yardımçısı Filip Riker deyib ki, M.Pompeo Varşavada polşalı həmkarları ilə ABŞ- Polşa hərbi əməkdaşlığa dair yeni sazişi müzakirə edəcək. Bu sənəd “Ümumi Transat­lantik təhlükəsizliyi”ni daha da gücləndirmək məqsədini daşıyır.

Sonda bildirək ki, M.Pompeonun Mərkəzi Avro­pa ölkələrinə səfəri avqustun 15-dək davam edəcək.

M.HACIXANLI, “Xalq qəzeti”

13 Avqust 2020 03:37 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
1 Oktyabr 2020 | 00:48
İlk elastik ekranlı kompüter
1 Oktyabr 2020 | 00:47
9,4 milyon dollar təzminat
1 Oktyabr 2020 | 00:10
Yeni raket hazırlanır
1 Oktyabr 2020 | 00:09
Generalın bəyanatı

Köhnə versiyamızdan xəbərləri izlə