Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tovuz Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik 2020-ci ildə rayonda küçələrin təmiri işlərinin satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Tovuz rayonunda küçələrin təmiri işlərinin yerinə yetirilmə müddəti ilin axırına qədərdir. Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənib imzalanmış şəkildə www.tender.gov.az. portalı vasitəsilə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər 60 manat məbləğdə iştirak haqqını aşa­ğıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu Tovuz şəhəri, Şəhriyar küçəsi 3 nömrəli ünvan­da, Tovuz ŞİƏD üzrə Nümayəndəlikdən və yaxud www.tender.gov.az. portalın­dan (əlaqələndirici şəxs-Vəliyeva Hicran Talıb qızından, telefon- 050-389-28-60) əldə edə bilərlər.

Təşkilat-Tovuz ŞİƏD üzrə Nümayəndəliyi

Hh- AZ73C­TRE00000000000002513532

VÖEN-7300138191

Bank- Dövlət Xəzinədarlığı Agentliyi

Kod-210005

VÖEN-1401555071

M/ h-AZ41NABZ01360100000000003944

S.W.İ.F. CTRE AZ22

İştirak haqqı heç bir halda geri qaytarılmır. İddiaçılar tenderdə işti­rak üçün aşağıdakı sənədləri www.tender.gov.az. portalı vasitəsilə təqdim etməlidirlər:

-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

-tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

-tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (ən azı 60 bank günü qüvvədə olmalıdır);

-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müva­fiq vergi orqanından arayış;

-iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

-iddiaçıların son bir ildə analoji işlər üzrə təcrübəsi və potensial imkanları haqqında məlumat.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləçəkdir. İddiaçılar tenderdə işti­rak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 1 sentyabr 2020-ci il saat 11.00-a, tender təklifi və bank zəmanətini isə 9 sentyabr 2020-ci il saat 17.00-a qədər www.tender.gov.az. portalında yerləşdirməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunan sənədlər etibarsız hesab olunacaqdır. İddiaçıların təkliflərinə 10 sentyabr 2020-ci il saat 11.00-da Tovuz Rayon İcra Hakimiyyətində baxılacaqdır. İddiaçılar tenderin nəticələri ilə portal vasitəsilə tanış ola bilərlər.

Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır. İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər. Bu barədə məlumat www.tender.gov.az. internet saytında yerləşdirilmişdir.

13 Avqust 2020 03:34 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
1 Oktyabr 2020 | 00:35
B i l d i r i ş
1 Oktyabr 2020 | 00:35
B i l d i r i ş
1 Oktyabr 2020 | 00:04
B i l d i r i ş

Köhnə versiyamızdan xəbərləri izlə