Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ceyrançöl Qış Otlaqlarının Su Təminatı Sistemlərinin İstismarı İdarəsi AÇIQ TENDER ELAN EDİR

Tender 4 (dörd) lot üzrə keçiriləcəkdir.

Lot -1. Nəqliyyat vasitələri və mexanizmlər üçün ehtiyat hissələrinin mexaniki və elektrik avadanlıqlarının satın alınması.

Lot -2. Boru kəmərlərinin cari təmirinin satın alınması.

Lot -3. İnşaat materiallarının satın alınma­sı.

Lot- 4. Boru kəmərləri üçün müxtəlif ölçü­lü boruların satın alınması.

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini dövlət satınalmaları­nın vahid internet portalı vasitəsilə elektron formada təqdim etsinlər. Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:

-aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi və podratçının aidiyyəti xidmətlər üzrə ixtisas göstəricilərinin uyğunluğu.

Müqavilənin yerinə yetirilmə müddəti 2020-ci il dekabrın 31-nə kimidir.

Tenderlə əlaqədar məlumat almaq üçün elektron qaydada əlaqələndirici şəxsə müraciət etmək lazımdır.

Əlaqələndirici şəxs- Tağıyev Əsgər Məhər oğlu.

Ünvan-Tovuz şəhəri, S.Məmmədov küçəsi 3.

E-mail: [email protected]

Telefon- 022-31-5-31-04.

Maraqlananlar tenderin əsas şərtlər toplu­sunu (əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmışdır) tenderdə iştirak üçün elektron müraciət etdikdən və aşağıdakı hesaba hər lot üçün 100 (bir yüz) manat məbləğdə vəsaiti ödədikdən sonra dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada ala bilərlər. Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.

Bank rekvizitləri-

Ceyrançöl Qış Otlaqlarının Su Təminatı Sistemlərinin İstismarı İdarəsi

H/h- AZ88CTRE 00000000000002353503

VÖEN- 7300139671

BTK-142575

BSK-3

Bank- Dövlət Xəzinədarlığı Agentliyi

VÖEN- 1401555071

Kod- 210005

M/h- AZ41NABZ 01360100000000003944

S.W.İ.F.T: CTREAZ22

Malgöndərənlər (podratçılar) iddiaçı sta­tusu almaq və tenderdə iştirak üçün aşağıdakı sənədləri təsdiq olunmuş qaydada elektron formada təqdim etməlidirlər:

-iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;

-tender təklifi (tender təklifləri zərflərin açıldığı gündən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);

-tender təklifinin birinci əlavəsi kimi tender təklifinin ümumi qiymətinin 1 (bir) faizi məbləğində tender təklifinin təminatı - bank zəmanəti (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən ən azı 30 (otuz) bank günü çox olmalıdır);

-malgöndərən (podratçı) haqqında tələb olunan sənədlər. Bu sənədlərə aşağıdakılar daxildir:

-malgöndərənin (podratçının) tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

-malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank sənədi;

-malgöndərənin (podratçının) ixtisas göstəricilərinə aid məlumat (bu məlumatlar tenderin əsas şərtlər toplusunda tələb olunan sənədlərdə və formalarda əldə edilmişdir);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayışlar;

- Vergilər Nazirliyi tərəfindən həmin iddia­çıların işçilərinin sayı, əmlakları, avadanlıqları və lazımi texniki imkanlarının olmasına aid rəsmi arayış;

- Sosial Müdafiə Fonduna borcu olub-ol­maması barədə arayış;

-iddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.

Malgöndərənlər (podratçılar) 1 və 4-cü bəndlərdə qeyd olunan sənədləri 4 sent­yabr 2020-ci il saat 12.00-a kimi tender komissiyasına dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron təqdim etməlidirlər.

Malgöndərənlər (podratçılar) öz tender təkliflərini 14 sentyabr 2020-ci il saat 12.00-a qədər elektron portal vasitəsilə təqdim etməlidirlər.

Göstərilən tarixdən gec təqdim olunan təkliflər dövlət satınalmalarının vahid internet portalı vasitəsilə qəbul olunmayacaqdır.

Tender təklifi zərfləri 15 sentyabr 2020-ci il saat 12.00-da elektron portal vasitəsilə açılacaqdır.

Tender komissiyası

13 Avqust 2020 03:33 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
1 Oktyabr 2020 | 00:35
B i l d i r i ş
1 Oktyabr 2020 | 00:35
B i l d i r i ş
1 Oktyabr 2020 | 00:04
B i l d i r i ş

Köhnə versiyamızdan xəbərləri izlə