Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının “Qaynar xətt”i fəaliyyətə başlayıb.

Narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə “Qaynar xətt” rabitə əlaqəsi yaradılıb

Komissiyanın işçi qrupundan AZƏRTAC-a bildiriblər ki, “Qaynar xətt” “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narko­manlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın 4.1.10-cu bəndinin icrası ilə əlaqədar narkotik vasitələrin qanunsuz dövriyyəsinin və narkomanlı­ğın yayılmasının qarşısını almaq məqsədi daşıyır. Dövlət ko­missiyasının daimi fəaliyyət göstərən işçi qrupunda “Qaynar xətt” – rabitə əlaqəsi aidiyyəti nazirlik, komitə və təşkilatlarla, o cümlədən ayrı-ayrı vətəndaşlarla operativ qaydada əlaqələndirilməni təmin etmək üçün yaradılıb.

“Qaynar xətt” xidməti üçün 802 telefon nömrəsi ayrılıb. 802 xidmətinə daxil olan müraciətlərin qəbulu həftənin I-V günləri saat 09:00-dan 18:00-dək həyata keçirilir.

13 Avqust 2020 03:30 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə