Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Koronavirusla mübarizənin Azərbaycan modeli

Ümumbəşəri bəla olan koronavirus pandemiyası səkkiz aya yaxındır ki, dünyanı səksəkədə saxlayır. Bu müddət ərzində ölkələrin vəziyyəti tamamilə dəyişdi, iq­tisadiyyat çökdü, dünyasını dəyişənlərin sayı günbəgün çoxaldı. Dünya bu virusun qarşısında aciz qaldı. Korona­virus pandemiyası ən qüdrətli dövlətləri belə ciddi sınaq qarşısında qoydu. Hər bir dövlət bu sınaqdan layiqincə çıxmaq üçün ciddi səylər göstərsə də, hələlik heç nəyə nail olmaq mümkün deyil. Yayılma sürəti artmaqda olan və daha çox insanı öz çənginə alan pandemiya dünyanı qorxu altında saxlamaqda davam edir. İndiyədək ən çox ölüm hallarının ABŞ, Braziliya, Böyük Britaniya, İtaliya və Fransa kimi güclü iqtisadiyyata malik ölkələrdə qeydə alınması da vəziyyətin ciddiliyindən xəbər verir.

Söz yox ki, bir sıra ölkələrin, o cümlədən, Azərbaycanın ümumbəşəri bəlaya qarşı istər ölkə daxilində, istərsə də beynəlxalq miqyas­da həyata keçirdiyi tədbirlər təqdirəlayiq hesab edilir. Qürurverici haldır ki, möhtərəm Prezidentimiz İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən tədbirlər və qəbul edilən qərarlar sayəsində ölkəmiz daha az itki verən dövlətlər sırasında­dır. Koronavirusla mübarizədə Azərbaycan modeli dünyaya nümunə kimi təqdim edilir. Ölkəmiz həm daxildə, həm də beynəlxalq aləmdə bu təhlükəyə qarşı ciddi mübarizə aparır.

Türk Şurasının, Qoşulma­ma Hərəkatının videoformat şəklində zirvə ğörüşlərinin keçirilməsi, həmçinin dövlətimizin başçısının Qo­şulmama Hərəkatının sədri qismində BMT Baş Assamble­yasının xüsusi sessiyasının ça­ğırılmasını təklif etməsi bunun təsdiqidir. Bu təşəbbüs həm də beynəlxalq ictimaiyyətin pan­demiya təhlükəsindən xilasına ölkəmizin töhfəsi oldu. Bununla yanaşı, həm ölkə başçımızın, həm də Birinci vitse-prezident Mehriban Əliyevanın xalqımıza bütün müraciətlərində korona­virusdan xilas olmağın ən adi qaydalarına riayət edilməsinə çağırışlar səsləndi. Bu çağırışlar ölkə vətəndaşlarında gələcəyə inam, pandemiyadan az itki ilə çıxacağına ümid yaratdı. Mehriban xanım Əliyevanın “Mən sizə bir övlad, bir həyat yoldaşı, bir ana və nənə olaraq müraciət edirəm! Qəlbimin dərinliklərindən gələn və hər birinizə ünvanlanan bu sözlərimi eşidib məni anla­yacağınıza ümid edirəm!” – kimi çağırışları hər bir ananın ürəyindən keçən çağırış idi.

Hazırda ölkəmizdə viru­sa yoluxanların sayı sürətlə azalır, sağalanlar isə getdikcə çoxalır. Son 15 günün statisti­kası da bunu təsdiqləyir. Təbii ki, bu proses özbaşına və ya təsadüfən baş verməyib. Ha­zırda beynəlxalq ictimaiyyət, Ümumdünya Səhiyyə Təşkiatı və digər beynəlxalq qurumlar koronavirusa qarşı mübarizənin Azərbaycan modelini nümunə kimi təqdim edirlər. Mütəxəssislər də təsdiqləyirlər ki, ölkəmiz pandemiya ilə mübarizədə ən düzgün yol­la getdi. Ölkə başçısı həm daxildə, həm də xaricdə pan­demiyaya qarşı aktiv mübarizə apararaq uzaqgörənliyini və qətiyyətli siyasətçi olduğunu göstərdi.

Xatırladım ki, koronaviru­sun ölkəmizin başı üzərini aldığı gündən həyata keçirilən qabaq­layıcı addımlar bu virusun geniş yayılmasının qarşısını aldı. Paralel olaraq dövlət başçımızın rəhbərliyi ilə pandemiya dövrü­nün çağırışlarına uyğun olaraq yeni işlək strukturların yaradıl­ması və bir sıra dövlət qurum­larının fəaliyyətinin yenidən qurulması, onların əlaqəli və operativ işlərinin təşkili, qısa müddət ərzində modul tipli xəsətəxanaların fəaliyyətinin təmin edilməsi, əksər səhiyyə ocaqlarının yenidən qurulması koronavirusla mübarizənin bütün cəbhə boyu aparılmasına meydan açdı.

Bu çətin dövrdə respub­likamız sosial dövlət oldu­ğunu bir daha təsdiq edərək vətəndaşlarını köməksiz qoymadı. Tətbiq olunan karantin rejiminin insanların işində problemlər yaratdığını nəzərə alaraq, hətta, qeyri-formal sahədə işləyənləri də unutmadan 600 min nəfərdən çox aztəminatlı insanlara, o cümlədən, sahibkarlara maddi dəstək verildi. Hazırda karantin rejiminin yenidən tətbiq olun­ması ilə əlaqədar 190 manatlıq birdəfəlik ödəmənin avqust ayında da verilməsi barədə qərar qəbul edilib.

Məlahət İBRAHİMQIZI,
Milli Məclisin deputatı, YAP Nəsimi rayon təşkilatının sədri

13 Avqust 2020 03:25 - CƏMİYYƏT
CƏMİYYƏT
29 Sentyabr 2020 | 23:02
Qələbə soraqlı günlər

Köhnə versiyamızdan xəbərləri izlə