Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 291 Bakı şəhəri, 12 avqust 2020-ci il

Azərbaycan Respublikası Nazirlər Kabi­netinin “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2010-cu il 6 sentyabr tarixli 163 nömrəli və “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nın təsdiq edilməsi haqqında” 2017-ci il 8 fevral tarixli 39 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 sentyabr tarixli 163 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 9, maddə 829; 2018, № 11, maddə 2429, № 12 (II kitab), maddə 2739; 2019, № 12, maddə 2099) ilə təsdiq edilmiş “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1.3-cü bənddə “ali təhsil və orta ixtisas” sözləri “ali, orta ixtisas və yüksək texniki peşə” sözləri ilə əvəz edilsin;

1.2. 5-ci hissə üzrə:

1.2.1. adında, 5.1-ci, 5.2-ci, 5.3-cü, 8.2-ci bəndlərində, 5.1.1-ci yarımbəndinin birinci və ikinci cümlələrində, 5.1.2-ci, 5.1.4-5.1.7-ci, 5.2.1-ci, 5.2.2-ci yarımbəndlərində “ali təhsil və orta ixtisas” sözləri “ali, orta ixtisas və yüksək texniki peşə” sözləri ilə əvəz edilsin;

1.2.2. 5.1.3-cü yarımbənddə “isə təkrar orta ixtisas” sözləri “təkrar orta ixtisas, yüksək texniki peşə təhsili olanlar isə təkrar yüksək texniki peşə” sözləri ilə əvəz edilsin;

1.2.3. 5.3.1-ci yarımbənddə “ali təhsil və orta ixtisas” sözləri “ali, orta ixtisas və yüksək texniki peşə” sözləri ilə və hər iki halda “ali (orta ixtisas)” sözləri “ali (orta ixtisas və ya yüksək texniki peşə)” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 39 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 292, № 10, maddə 1905; 2018, № 2, maddə 351, № 4, maddə 817, № 11, maddə 2432, № 12 (II kitab), maddə 2749; 2019, № 3, maddə 517; 2020, № 2, maddələr 183, 199; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 may tarixli 179 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

2.1. 1.2-ci bəndə “tam orta,” sözlərindən sonra “yüksək texniki peşə,” sözləri əlavə edilsin;

2.2. 1.3-cü bənddə “təhsili” sözü “təhsil pilləsi, habelə yüksək texniki peşə təhsili səviyyəsi üzrə təhsil” sözləri ilə əvəz edilsin;

2.3. 2.1.2-ci yarımbəndə “tam orta,” sözlərindən sonra “yüksək texniki peşə,” sözləri və ikinci halda “orta ixtisas” sözlərindən əvvəl “yüksək texniki peşə,” sözləri əlavə edilsin.

Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş Naziri

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə