Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 290 Bakı şəhəri, 12 avqust 2020-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Elmi müəssisələrin akkreditasiyası Qaydası”nın təsdiq edilməsi haqqında” 2017-ci il 14 dekabr tarixli 554 nömrəli Qərarında dəyişiklik edilməsi və “Elmi müəssisələrin akkreditasiyası qurumu haqqında Əsasnamə”nin təsdiq .edilməsi barədə” 2017-ci il 14 dekabr tarixli 555 nömrəli Qərarının ləğv edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Elmi müəssisələrin akkreditasiya­sı Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 dekabr tarixli 554 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12, maddə 2502) aşağıdakı dəyişikliklər edilsin:

1.1. adına və mətninə “müəssisələrin” sözündən sonra “təşkilatların” sözü əlavə edilsin;

1.2. həmin Qərarla təsdiq edilmiş “Elmi müəssisələrin akkreditasiyası Qaydası” üzrə:

1.2.1. 1.2-ci bəndə (hər iki halda), 1.4-cü, 2.1-ci bəndlərə, 2.4-cü bəndə (hər iki halda), 2.5-ci bəndə, 2.5.2-ci, 2.5.4-cü (hər iki halda) yarımbəndlərə, 2.9-cu, 2.10-cu bəndlərə, 2.11-ci bəndin birinci cümləsinə, 2.12-ci bəndə, 2.13-cü bəndin birinci cümləsinə, 2.14-cü bəndə, 3.1-ci bəndin birinci cümləsinə (hər iki halda) və 3.3-cü bəndə ismin müvafiq hallarında “müəssisə” sözündən sonra ismin müvafiq hallarında “(təşkilat)” sözü əlavə edilsin;

1.2.2. 1.3-cü bənd aşağıdakı redaksiyada verilsin:

“1.3. Elmi müəssisələrin (təşkilatların) akkreditasiyası onların elmi fəaliyyətlərinin qiymətləndirilməsi əsasında ali attestasiya orqanı – Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası (bundan sonra – Komissiya) tərəfindən həyata keçirilir.”;

1.2.3. “Elmi müəssisələrin akkreditasiyası Qaydası”na əlavə üzrə:

1.2.3.1. adında və mətnində “Elmi Müəssisələrin Akkreditasiyası” sözləri “Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya” sözləri ilə əvəz edilsin;

1.2.3.2. mətninə “elmi müəssisənin” sözlərindən sonra “(təşkilatın)” sözü əlavə edilsin;

1.2.3.3. “Əsas:” hissəsinə “Komissiyasının” sözündən sonra “Rəyasət Heyətinin” sözləri əlavə edilsin.

2. “Elmi müəssisələrin akkreditasiyası qurumu haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 dekabr tarixli 555 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Top­lusu, 2017, № 12, maddə 2503) ləğv edilsin.

Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş Naziri

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə