Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ankarada Azərbaycan mükafatlarının təqdimetmə mərasimi

Türkiyə–Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrıma və qrupun sabiq rəhbəri Necdət Ünivara Azərbaycan Respublikasının “Dostluq” ordeni, Türkiyə Prezidentinin Baş müşaviri Yalçın Topçuya isə “BDU-100” xatirə medalı təqdim olunub.

Bu münasibətlə Azərbaycanın Türkiyədəki səfirliyində təqdimetmə mərasimi təşkil olunub. Mü­kafatları Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayra­mov təqdim edib.

Nazir Ceyhun Bayramov çıxışında bildirib ki, Türkiyə ilə münasibətlərin daha dinamik yüksəlişi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir. İki ölkə arasında əməkdaşlıq bütün sahələrdə yüksələn xətlə inkişaf edir. Münasibətlərimizin inkişafında mühüm xidmətləri olan şəxslərin Azərbaycan dövlətinin başçısı tərəfindən təltif edilməsi dostluq və qardaşlığımıza daha bir bariz nümunədir.

Türkiyə Böyük Millət Məclisinin sabiq sədri Binəli Yıldırım çıxışında qeyd edib ki, Prezident İlham Əliyev qardaş Türkiyə ilə münasibətlərin inkişafına böyük önəm verir. Azərbaycan Prezidentinin böyük siyasi təcrübəsi və yüksək intellekti sayəsində ərsəyə gələn strateji layihələr ölkələrimiz arasında münasibətləri daha da möhkəmləndirib.

Təltif edilənlər göstərilən diqqətə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını ifadə etdilər.

Çıxışlarda diqqətə çatdı­rılıb ki, Azərbaycan Prezi­denti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dostluq və qar­daşlıq münasibətləri, eləcə də liderlərin qətiyyətli siyasi iradəsi, mühüm məsələlərdə sərgilədikləri prinsipial mövqelər Azərbaycan– Türkiyə əlaqələrinin dina­mik inkişafında, iki ölkənin kompleks inkişafında mühüm təsirə malikdir.

Mərasimdə rəsmi şəxslər, Türkiyə Böyük Millət Məclisinin deputatları, sabiq nazirlər və digər görkəmli şəxslər iştirak edib.

Sabir ŞAHTAXTI,

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

13 Avqust 2020 03:19 - XƏBƏRLƏR
XƏBƏRLƏR
30 Sentyabr 2020 | 14:01
Erməni xisləti və siyasəti...

Köhnə versiyamızdan xəbərləri izlə