Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ankarada Azərbaycanın və Türkiyənin Xarici İşlər nazirlərinin görüşü keçirilib

Avqustun 11-də Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramovun Türkiyə Respublikasına rəsmi səfəri çərçivəsində Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə görüşü keçirilib.

Təkbətək görüşdən sonra hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli görüş olub.

Nazir Mövlud Çavuşoğlu Ceyhun Bay­ramovu səmimi salamlayaraq, onunla Türkiyədə görüşməkdən məmnunluğunu ifadə edib.

Tərəflər ikitərəfli gündəlikdə duran bir çox sahələrdə, o cümlədən, siyasi, iqtisadi, ticarət, humanitar, mədəniyyət, təhsil və digər sahələrdə əməkdaşlıq münasibətlərin inkişa­fından məmnunluq bildirib və bu əlaqələrin daha da genişləndirilməsi perspektivlərini müzakirə ediblər. İki ölkə arasında mövcud əməkdaşlığın həm ikitərəfli, həm də çoxtərəfli formatlarda bundan sonra da davam etdiriləcəyindən əminlik ifadə olunub.

Nazir Ceyhun Bayramov Ermənistanın Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi sonuncu təxribatdan danışaraq, Türkiyə dövlətinin hər zaman olduğu kimi Azərbaycanın haqq mövqeyinə nüma­yiş etdirdiyi dəstəyi məmnunluqla qeyd edib. Ermənistan– Azərbaycan münaqişəsinin beynəlxalq hü­ququn norma və prinsipləri, xüsusilə də dövlətlərin suverenli­yi, ərazi bütövlüyünə hörmət və beynəlxalq sərhədlərin toxunulmazlığı əsasında həllinin vacibliyi vurğulayıb.

Görüşdən sonra Xarici İşlər nazirlərinin mətbuat üçün brifinqi keçirilib.

* * *

Səfər çərçivəsində Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Ankarada Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni – Anıtqəbiri və Heydər Əliyev parkında ulu öndərin abidəsini ziyarət edib.

Sabir ŞAHTAXTI,
AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

13 Avqust 2020 03:18 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə