Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bərdə rayonunda bir nəfərin öldürülməsi, üç nəfərin isə bədən xəsarətləri alması ilə bağlı cinayət işi başlanıb

Avqustun 12-də saat 01 radələrində Mənsur Camalovun öldürülməsi, üç nəfərin isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilməsi barədə Bərdə Rayon Prokurorluğuna məlumat daxil olub.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, prokurorluq və polis əməkdaşları tərəfindən dərhal məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, o cümlədən digər təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri həyata keçirilib.

İlkin araşdırmalarla müəyyənləşdirilib ki, Bərdə şəhər sakinləri Nicat Əzizov, Adıgözəl Abbasov, Mənsur Camalov və Rauf Bağırov ilə rayonun Şorəlli kəndi ərazisində hazırda şəxsiyyətləri istintaq yolu ilə araşdırılan şəxslər arasında yaranmış mübahisə zamanı Mənsur Camalov öldürülüb, digərləri isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı cinayət işi başlanıb, təcrübəli prokurorluq və polis əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb, eləcə də Baş Prokuror­luğun və Daxili İşlər Nazirliyinin vəzifəli şəxsləri rayona ezam olunublar. Törədilmiş cinayət hadisəsinin xarakter və mürəkkəbliyi nəzərə alın­maqla Baş prokuror tərəfindən cinayət işi üzrə istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb və hazırda təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək istintaqa cəlb olunmaları istiqamətində zəruri və intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

13 Avqust 2020 03:16 - XƏBƏRLƏR
XƏBƏRLƏR
1 Oktyabr 2020 | 10:58
Kino kimi bir həyat yaşadı

Köhnə versiyamızdan xəbərləri izlə