Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xəzərin mühafizəsində birgə olmalıyıq

“Xəzər günü” ilə əlaqədar Xəzər dənizinin Azərbaycana aid şimaldan cənuba qədər sahil zolağının təmizlənməsi işləri davam edir.

Belə tədbirlərdən biri bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Xəzər televiziyasının təşəbbüsü ilə Abşeron milli parkının Xəzər sahili sanitariya-mühafizə zonasında baş tutub.

Tədbirin keçirilməsində məqsəd Xəzər dənizinin ekoloji durumunun yaxşılaşdırılmasında ictimaiyyətin rolunu artırmaq və Xəzərin unikal dəyərlərinin mühafizəsində cəmiyyətin bütün təbəqələri ilə  əməkdaşlığı gücləndirməkdir.

Karantin rejiminin qaydalarına əməl olunmaqla keçirilən aksiyada ETSN-nin, Xəzər televiziyasının və Su Nəqliyyatında Polis idarəsinin əməkdaşları, BMT-nin İnkişaf Proqramının, Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin, “Nargis” jurnalının, “EkoSfera” Sosial-Ekoloji Mərkəzinin nümayəndələri, müasir kreativ incəsənət təmsilçiləri və ekokönüllülər iştirak edib.

Xəzərin çirklənmədən qorunmasına, balıq ehtiyatlarının  bərpasına və mühafizəsinə diqqət çəkən aksiya zamanı 10  hektara yaxın ərazi plastik və digər məişət tullantılarından təmizlənib,  tullantılar çeşidlənərək aidiyyəti üzrə daşınıb.

“Xəzər günü”nə həsr olunmuş tədbir  sonra Abşeron milli parkında  davam edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin məlumatıma görə,burada iştirakçılara “Özün yarat” müsabiqəsinin  yaradıcılıq nümunələri, “Nargis” jurnalının ekoloji layihələrinin təsvirləri, müasir rəssamların instalyasiya janrında tullantılardan yaratdığı kreativ incəsənət nümunələri,  təbii resurslardan alınan  təbiət kollajları nümayiş etdirilib.

Xatırladaq ki, 12 avqust 2006-cı il tarixindən  Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası qüvvəyə mindikdən sonra hər il 12 avqust “Xəzər günü” kimi qeyd olunur.

Qəzənfər  QASIMOV,
Xalq qəzeti”

 

12 Avqust 2020 17:13 - XƏBƏRLƏR
XƏBƏRLƏR
1 Oktyabr 2020 | 10:58
Kino kimi bir həyat yaşadı

Köhnə versiyamızdan xəbərləri izlə