Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əli Kərimli təlaşda Sevinc Osmanqızı qış yuxusunda

“Görkəmli hüquqşünas”,” mətin inqilabçı”, “köhnə komsomol”, “fəal cəbhəkrat”, Ermənistan baş naziri Nikol Paşinyanın  pərəstişkarı, ermənipərəst, AXCP sədri   Əli Kərimli təşviş içərisindədir. “Fəal  cəbhəkrat” “möhtəşəm” Sevinc  Osmanqızına  verdiyi müsahibəsində bildirir ki, 40 nəfər AXCP fəalı həbs edilib. Əli Kərimlini və onun cəbhəkrat dəstəsini hakimiyyət satqın və radikal adlandırır.

Gəlin faktlara müraciət edək. 2003-cü ildə Gürcüstanın paytaxtı Tiflisdə erməni İsparyanla  müqavilə bağlayan kim idi? Əli Kərimlinin Gürcüstana göndərdiyi AXCP fəalı Ruslan Bəşirli. Bu addımı atmaqla Əli Kərimli bütün şəhid ailələrini, Qarabağ qazilərini təhqir etdi, Leyla Yunusla birləşib Ermənistanla əlaqə yaradan kim idi? Yenə də “mətin inqilabçı” Əli Kərimli. Həmişə düşmən Ermənistanı  demokratik dövlət adlandıran, faşistlərə dərin rəğbət bəsləyən, babası da alman faşistlərinə nökərçilik etmiş  baş nazir Nikol Paşinyanı müdafiə edən kimdir” Yenə də “görkəmli hüquqşünas” Əli Kərimli. Əbülfəz Elçibəy xəstə olarkən radikal qüvvələrlə AXCP sədrinin səlahiyyətlərini həyata keçirən İbrahim İbrahimlini qərargahdan çıxaran kim idi? Yenə də “mətin inqilabçı” Əli Kərimli. Həmişə ölkədə xaos, anarxiya, dərəbəylik yaratmaq istəyənlər kimlərdir? Əli Kərimli və onun radikal cəbhəkratları.

Əli Kərimlinin sözlərinə görə, 40 nəfər cəbhəkrat həbsdədir. Lakin  onun mənəvi atalıq etdiyi, Əli Kərimlinin sadiq trolu, “dünyaşöhrətli şərhçi”  Natiq Ədilovun sözlərinə görə, 10 nəfər əvvəlcədən tutulmuşdu, 10 nəfər də AXCP üzvü deyil. Əgər bu xuliqanlar AXCP üzvü deyillərsə niyə “hörmətli  cəbhəkrat” onları müdafiə edir, and-aman edir ki, onların günahı yoxdur?!

“Möhtəşəm” Sevinc Osmanqızı isə vaxtından əvvəl qış yuxusuna gedib. O,çıxışında bildirir ki, inkişaf etmiş dövlətlər  COVID-19 virusuna qarşı vaksin almağa hazırdırlar. Buna görə də artıq pul ayırıblar. Britaniya, Almaniya, İspaniya və s. ölkələr buna hazırlaşırlar. Azərbaycan isə yox. Və S, Osmanqızı ölkəmizə öz ”məsləhət”lərini  verir. Bu isə çox təəccüb doğurur?!

Məgər “möhtəşəm” Sevinc Osmanqızı bilmir ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyev vaksin almaq üçün çoxdan vəsait ayırıb. Məgər Ümumdünya Səhiyyə Təşkilatının ( ÜCT) Azərbaycanı  digər inkişaf etmiş dövlətlərə  nümunə göstərməyindən doğrudanmı Sevinc Osmanqızı xəbərsizdir?!

Beləliklə, anti-Azərbaycan və ermənipərəst qüvvələrin təhriki ilə Sevinc Osmanqızı, Əli Kərimli, Cəmil Həsənli, Ramiz Yunus, Qənimət Zahid və digərləri  ölkəmiz və dövlət başçımız haqqında şər və böhtan dolu məlumatlar yayırlar. Hətta ölkəmiz əleyhinə sosial şəbəkələrdə çıxış edən bəzi oyunbazların  işlətdikləri etik normadan kənar  sözləri eşitdikdə məlum olur ki, bu adamlarda nə ailə tərbiyəsi var, nə də məktəb tərbiyəsi.

Demək olar ki, Azərbaycanın hər dəfə nüfuzu yüksəldikcə, dövlət başçımız İlham Əliyevin addımları daha uğurlu olduqca, özlərini müxalifət adlandıran bu şəxslər dərin kədərə qərq olurlar.  Ölkəmiz isə günü-gündən inkişaf edir, çiçəklənir.

Qəzənfər QASIMOV,
“Xalq qəzeti” 

12 Avqust 2020 17:13 - XƏBƏRLƏR
XƏBƏRLƏR
1 Oktyabr 2020 | 10:58
Kino kimi bir həyat yaşadı

Köhnə versiyamızdan xəbərləri izlə