Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rusiyada narkotacirlər həbs edilib

Rusiyanın İvanovsk vilayətində Rusiya Federal Təhlükəsizlik Xidməti əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində narkotik vasitə istehsal edən və satan şəxslər yaxalanıb.

RİA “Novosti”nin məlumatına görə, cinayətkarlar hər ay 200 kiloqram sintetik narkotik vasitə istehsal edərək internet vasitəsi ilə onu satırlarmış.

Əməliyyat nəticəsində narkotacirlərdən 35 kiloqram mefadron, 1,2 ton narkotik tərkibli  maye, 7,2 ton kimyəvi reaktiv, 10 ədəd odlu silah və hərbi sursat aşkar edilərək götürülmüşdür.

Faktla bağlı istintaq gedir.

Qəzənfər QASIMOV,
“Xalq qəzeti”

12 Avqust 2020 17:11 - XƏBƏRLƏR
XƏBƏRLƏR
1 Oktyabr 2020 | 10:58
Kino kimi bir həyat yaşadı

Köhnə versiyamızdan xəbərləri izlə