Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyənin geniş tərkibdə hərbi nümayəndə heyəti Azərbaycana səfərə gələcək

Avqustun 12-də Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar, Baş Qərargah rəisi, ordu generalı Yaşar Güler, qoşun növü komandanları və digər yüksək rütbəli zabitlər Azərbaycana səfərə gələcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Türkiyənin geniş tərkibdə hərbi nümayəndə heyəti Azərbaycan-Türkiyə quru qoşunları və hərbi hava qüvvələrinin birgə döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərinin Yüksək Səviyyəli Müşahidəçi Günü çərçivəsində təlimlərin birinci mərhələsinin sonuncu epizodunu izləyəcək.

12 Avqust 2020 14:42 -

Köhnə versiyamızdan xəbərləri izlə