Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Pirşağı qəsəbəsində küçələr təmir olunur

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumatda  bildirilir ki, 7 mindən artıq əhalisi olan Pirşağı qəsəbəsində asfalt-beton örtüklə döşənməsinə ehtiyacı olan küçə və yolların təmirinə başlanıb. Qəsəbənin 100 kilometrə yaxın uzunluğa malik 105 adda küçə və yolunda təmir abadlıq işləri aparılması nəzərdə tutulur. Təmir işləri aparılacaq sahə torpaq əsaslı olmaqla 600 min kvadratmetrdən çoxdur.

Qəsəbənin Bakıxanov, İsmayıl Şıxlı, Dəniz və Sahil küçələrində, həmçinin Əli Ağazadə 1-ci və 2-ci döngələrdə təmir işləri artıq yekunlaşıb. Təmir olunan küçələrin ümumi uzunluğu 8930 metr, sahəsi isə 52 min kvadratmetrdir.

Hazırda qəsəbənin Elbəy Rzaquliyev, Zülfi Adıgözəlov və Məhəmməd Füzuli küçələrində, həmçinin dalanları ilə bərabər Xan Şuşinski və Məmməd Əmin Rəsulzadə küçələrində təmir işləri davam etdirilir. Sözügedən küçələrin ümumi uzunluğu 11 min 700 metr təşkil edir.

Təmir-tikinti işləri çərçivəsində zəruri olan yerlərdə deformasiyaya uğramış yararsız qrunt qazılıb çıxarılır, əks-dolğu işləri aparılmaqla kipləşdirmə işləri görülür, küçələr profilə salınır, zəruri yerlərdə optimal qum-çınqıl qarışığından yol əsası işlənilir. Ardınca isə yeni asfalt-beton örtüyünün döşənməsi işləri görülür.

Aparılan yenidənqurma işlərinin yekunlaşması ardıcıllığına uyğun Sabunçu rayonu Pirşağı qəsəbəsi üzrə təmirə ehtiyacı olan digər küçə və yollarda da təmir-tikinti işlərinin aparılması nəzərdə tutulub.

 

12 Avqust 2020 14:09 -

Köhnə versiyamızdan xəbərləri izlə