Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şamil Ayrım “Dostluq” ordeninə görə təşəkkür edib

    Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım rəsmi feysbuk səhifəsində Azərbaycan XİN rəhbəri Ceyhun Bayramovla görüşü ilə bağlı status yazıb və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Dostluq” ordeninə layiq görülməsi ilə bağlı fikirlərini bölüşüb və təşəkkürünü bildirib: “Aprelin biri cənab Prezident İlham Əliyev tərəfindən layiq görüldüyüm  “Dostluq” ordeni bu gün Azərbaycan səfirliyində cənab Ceyhun Bayramov tərəfindən təqdim edildi. Tədbiri təşkil edən dostlarıma, eləcə də  cənab səfir Xəzər İbrahimə sonsuz təşəkkür edirəm.” Deputat eyni zamanda tədbirdən şəkillər də paylaşıb və səfirlikdə keçirilmiş görüşdə bu yüksək diqqətə görə Prezident İlham Əliyevə təşəkkür edib və bildirib ki, bundan sonra da Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri kimi iki qardaş ölkə arasında əlaqələrin uğurlu şəkildə inkişafına öz töhfəsini verəcək. 

Qeyd edək ki, səfirlikdə baş tutmuş görüşdə  Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrıma və qrupun sabiq rəhbəri, Türkiyə Prezident Adminstrasiyasının  Səhiyyə və Qida Təhlükəsizliyi Qurumunun üzvü Necdət Ünivara nazir Ceyhun Bayramov tərəfindən  Azərbaycan Respublikasının “Dostluq” ordeni təqdim olunub. Görüşdə  Türkiyə Prezidentinin Baş müşaviri Yalçın Topçu isə “BDU-100” xatirə medalına layiq görülüb.

Qeyd edək ki, sözügedən türkiyəli siyasətçilər Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə görə bu ilin aprelində Prezident İlham Əliyevin sərəncamı ilə  “Dostluq” ordeni ilə  təltif ediliblər.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

 

12 Avqust 2020 12:48 - XƏBƏRLƏR
XƏBƏRLƏR
1 Oktyabr 2020 | 10:58
Kino kimi bir həyat yaşadı

Köhnə versiyamızdan xəbərləri izlə