Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tanınmış koreyalı türkoloq alimin növbəti kitabı Azərbaycan dilində yayımlanıb

Seulda fəaliyyət göstərən Avrasiya Türk Araşdırmaları İnstitutunun rəhbəri, tanınmış türkoloq-alim YUNESKO-nun Orta Asiya ölkələri üzrə məsləhətçisi, professor Eunkyung Ohun “XX yüzilin Türkiyə və Koreya romanlarında qadın” adlı kitabı Azərbaycan dilində işıq üzü görüb.

Geniş araşdırmanın nəticəsi olan monoqrafiya—kitabda  XX əsrin Türkiyə və Koreya romanlarında qadın problemi müqayisəli ədəbiyyat araşdırmaçılığı kontekstində araşdırılmış və təhlil edilmişdir.

Tədqiqatçı Türkiyə və Koreyada qadınların təhsili, hüquqları, ailə inkişafı ilə bağlı dövlət qanunlarını nəzərdən keçirmiş, onların məzmunu barədə bilgi vermiş, müqayisəli təhlil aparmışdır.

Kitabın ön sözünün müəllifi  Vaqif Sultanlı qeyd edib: “Əsərin Azərbaycan türkcəsində nəşr edilməsinin səbəbi ilk növbədə bu sahədə araşdırmalara ciddi ehtiyacın olmasından qaynaqlanır. Həmçinin monoqrafiyada qaldırılan problemlərin Azərbaycan  ədəbiyyatı və mədəniyyəti ilə bağlı ortaq özəlliklərə malik olduğu unudulmamalıdır.Bun unla yanaşı, qadın probleminin çağdaş dünyanın aktual mövzularından biri olması da tədqiqata olan marağı artırmaqdadır. “

Kitabın müəllifi, araşdırmaçı Eunkyung Oh yazır: “Bu kitabın azərbaycanlı oxucular üçün əlçatan olması məni çox sevindirir. Multikultural dəyərlərə sahib olan Azərbaycanın tarixi və bu yolda qazandığı təcrübələr gender bərabərliyi  probleminin həlli baxımından əhəmiyyətli rol oynayacaq və Azərbaycan cəmiyyətinin inkişafına böyük töhfə verəcəkdir. “

Kitabın elmi redaktoru və ön sözünün müəllifi doktor Vaqif Sultanlı, Türkiyə türkcəsindən çevirəni Aygün Ali, rəyçi dosent, doktor Samirə Məmmədlidir.

Nəşr edilmiş monoqrafiya  Azərbaycan ədəbi ictimaiyyəti, ədəbi tənqidçiləri, eləcə də qadın mövzusu ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

Seulda fəaliyyət göstərən Avrasiya Türk Araşdırmaları İnstitut Azərbaycanda fəaliyyət göstərən bir sıra elmi ədəbi qurumlarla, institutlarla fəal şəkildə əməkdaşlıq edir, Azərbaycan, eləcə də digər türk xalqları ədəbiyyatının araşdırılması, Koreya ictimaiyyətinə təqdim edilməsi baxımından mühüm işlər görür.

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

12 Avqust 2020 12:45 - XƏBƏRLƏR
XƏBƏRLƏR
1 Oktyabr 2020 | 10:58
Kino kimi bir həyat yaşadı

Köhnə versiyamızdan xəbərləri izlə