• RUB: 0.0259
  • TRY: 0.3020
  • EUR: 1.9479
  • USD: 1.7000
  • Bakı + 20.9 ° C / 75%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sumqayıtlı yazarın tərcümə etdiyi daha iki kitab işıq üzü gördü

Sumqayıtlı  yazarın tərcümə etdiyi daha iki  kitab işıq üzü gördü

Bu günlərdə Bakıda "Elm və Təhsil” nəşriyyatında tənqidçi publisist, tərcüməçi, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmiş işçisi Nərgiz Cabbarlının tərcümə etdiyi iki əsər çapdan çıxıb. Onlardan biri - Çingiz Aytmatovun "Kassandra Damğası” AMEA Nizami adına Ədəbiyyat İnstitunun elmi şurasının qərarı ilə yazıçının 90 illik yubileyi münasibəti ilə çap edilib. Haqqında bəhs etdiyimiz kitaba ön sözü Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, parlamentin Elm və təhsil komitəsinin sədri, filologiya elmləri doktoru, akademik İsa Həbibbəyli yazıb. Ön sözdə N. Cabbarlının publisistik yaradıcılığı öz layiqli qiymətini almış, müxtəlif sahələri əhatə edən tərcümələri və əsərləri ictimai-siyasi, mədəni və maarifləndirici keyfiyyətləri ön plana çəkilərək təhlil edilmişdir. Digəri - Peyami Səfanın "Tənhayıq” əsəri isə "Xan” nəşriyyat evində çap olunub.

İlk qələm təcrübələrini gənclik illərində çap etdirən publisistin bir çox kitabı işıq üzü görüb. Bunlardan "Ədəbiyyatdan intihara”, "Axundzadə şəxsiyyəti”, "Qurtuluşdan sonra”, Rübabə Muradova, Sara Qədimova, Həqiqət Rzayeva (Publisistika) göstərmək olar. Nərgiz Cabbarlının tərcümə etdiyi əsərlər də oxucuların marağına səbəb olur. Prezident sərəncamı ilə dərc olunan "Dünya ədəbiyyatı kitabxanası”ndan Fransuaza Saqan - "Seçilmiş əsərləri”, Rünoske Akutaqava Lusi Sinkler - "Seçilmiş əsərləri”, Günter Qrass - "Mənim yüzilliyim”, "Dünya yazıçılarının nağılları” müəllifin əməyinin məhsuludur.

Tənqidçi N. Cabbarlı elmi-publisistik, habelə ictimai fəaliyyətinə görə müxtəlif illərdə bir çox mükafat da alıb. Bunların arasında "İlin gənci” – Gənclər, İdman və Turizm Nazirliyi (2003), "İlin gənc alimi” – AMEA, Nizami adına Ədəbiyyat İnstitutu – 2015, Mədəniyyət və Turizm Nazirliyinin verdiyi "Qızıl kəlmə” – 2017 "Qafqaz Repartyorlar birliyi” – İlin jurnalisti – 2005, "Yeni nəfəs” sənət mükafatı – 2004, "İlin gənci” – Sumqayıt şəhər gənclər İdarəsi – 2009-cu ildə alınan mükafatlardır. Görülən işlərin davamı olaraq hər zaman axtarışda olan publisist bu ilin sonuna qədər daha iki kitabının da işıq üzü görəcəyini bildirib.

 

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”

9 Oktyabr 2018 18:01 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Ən son xəbərləri səhifəmizdən də izləyin