Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Prezident İlham ƏLİYEV: Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

“Biz 2016-cı ildə torpaqlarımızın bir hissəsini qaytardıq, işğalçıları o torpaqlardan qovduq və o ərazilərə həyat qayıtdı, vətəndaşlar qayıtdı, Azərbaycan qayıtdı. Əminəm ki, Azərbaycan öz doğma torpağına, Qarabağ torpağına qayıdacaq. Bizim ərazi bütövlüyümüz tam bərpa ediləcək, necə ki, bu gün biz vaxtilə tərk edilmiş “Qarabağ” yatağına qayıdırıq, eyni qaydada biz doğma Qarabağ torpağımıza da qayıdacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”. 

Prezident İlham Əliyev bu fikirləri  avqustun 10-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimində iştirakı və  dayaq bloku ilə tanışlıqdan sonra Azərbaycan Televiziyasına  verdiyi müsahibəsində  bildirib. Azərbaycanda inşa edilmiş və ən böyük qurğu olan “Qarabağ “dayaq blokunun istifadəyə verilməsi əlamətdar hadisədir. 

Dünyanı koronavirus pandemiyasının  ciddi sınağa çəkdiyi bir vaxtda  respublikamızda sosialyönümlü və iri infrastruktur, o cümlədən beynəlxalq əhəmiyyət kəsb edən layihələrin reallaşdırılması ölkəmizdə həyata keçirilən strategiyanın etibarlı əllərdə olmasından xəbər verir. Azərbaycan bu gün də dünya birliyinin  diqqət mərkəzindədir.  Bu layihə bir daha göstərir ki, xarici neft şirkətlərinin Azərbaycanın neft-qaz sənayesinə və potensialına marağı daha da artır. Texnoloji baxımdan nəhəng və mürəkkəb konstruksiya olan “Qarabağ” dayaq blokunun istifadəyə verilməsi Azərbaycanın qüdrətini göstərir, eyni zamanda, ölkəmizin iqtisadi gücünün göstəricisidr. Çünki belə nəhəng qurğuları  yalnız Azərbaycan kimi iqtisadiyyatı möhkəm özüllər üzərində qurulmuş dövlətlər ərsəyə  gətirə bilərlər.  

Dövlətimizin başçısı da “Qarabağ” dayaq blokunun  dənizə yola salınmasını  çox əlamətdar hadisə adlandırdı. Həmin  gün “Qarabağ” yatağının dəniz işlərinə start verildiyini diqqətə çatdıran  respublikamızın rəhbəri bu nəhəng qurğunun   Azərbaycan mütəxəssisləri tərəfindən ölkəmizdə inşa edildiyini  və  artıq dənizə yola salındığını bildirdi. Möhtərəm Prezidentimiz özülün üst hissəsinin  də vaxtında tikiləcəyinə və  “Qarabağ” yatağının tammiqyaslı işlənməsinə başlanacağına əminliyini ifadə etdi.

Bu qurğu Xəzər dənizində Azərbaycan tərəfindən müasir beynəlxalq tələblərə uyğun istehsal olunan  ən böyük platformadır.  Bu platformanın reallaşdırılması bir daha təsdiqlədi ki, respublikamız  artıq investisiya  və ya sərmayə yatırılan ölkə deyil, həm də böyük investisiya layihələrinin mühüm komponentlərini həll etməyi bacaran şirkətlərə sahibdir.  Belə layihələrin uğurlu icrası Azərbaycanın  nəhəng enerji layihələrini reallaşdırmaqla Avrasiyanın yeni xəritəsini tərtib edir.

Mehman İSMAYILOV,
YAP Səbail rayon təşkilatı sədrinin müavini, politoloq  

 

12 Avqust 2020 12:49 - XƏBƏRLƏR
XƏBƏRLƏR
1 Oktyabr 2020 | 10:58
Kino kimi bir həyat yaşadı

Köhnə versiyamızdan xəbərləri izlə