Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

"Seltik"in oyunları karantin qaydaları pozulduğu üçün təxirə salındı

Şotlandiya "Seltik"inin ölkə çempionatındakı 2 oyunu təxirə salınıb.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, buna Qlazqo təmsilçisinin futbolçusu Boli Bolinqolinin karantin qaydalarını pozması səbəb olub.

Belçikalı müdafiəçi "Kilmarnok"la oyun öncəsi düşərgəni tərk edərək İspaniyaya yollanıb. Hadisənin üstü matçdan sonra açılıb.

Nəticədə "Seltik"in "Sent-Mirren" və "Aberdin"lə oyunları əvəlcədən təyin olunan vaxtda baş tutmayacaq.

Qeyd edək ki, qarşılaşmalar müvafiq olaraq avqustun 12-də səfərdə və 15-də evdə keçirilməli idi.

Salman MUSAOĞLU,
“Xalq qəzeti”

 

12 Avqust 2020 12:35 - XƏBƏRLƏR
XƏBƏRLƏR
1 Oktyabr 2020 | 10:58
Kino kimi bir həyat yaşadı

Köhnə versiyamızdan xəbərləri izlə