• RUB: 0.0259
  • TRY: 0.3042
  • EUR: 1.9550
  • USD: 1.7000
  • Bakı + 21.7 ° C / 71%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Kim Çen In Papanı Pxenyana dəvət edir

Kim Çen In Papanı Pxenyana dəvət edir

Şimali Koreya lideri Kim Çen In Roma katolik kilsəsinin rəhbəri Fransiski Pxenyana dəvət edir.

Trend-in məlumatına görə, Koreya Respublikası Prezidentinin iqamətgahının nümayəndəsi bildirib ki, Cənubi Koreyanın dövlət başçısı Mun Çje İn müvafiq dəvətnaməni oktyabrın 17-18-də Vatikana səfəri zamanı təqdim edəcək.

Kim Çen In Roma Papasını Pxenyana dəvət ermək niyyətini III Koreya sammitində Mun Çje İnə bildirmişdi.

Qeyd edək ki, Vatikanla Koreya Xalq Demokratik Respublikası arasında diplomatik münasibətlər qurulmayıb.

9 Oktyabr 2018 17:26 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin