Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan – BP əməkdaşlığının perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Avqustun 11-də Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov ilə BP qrupunun baş icraçı direktoru Bernard Luni arasında telefon danışığı olub.

Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, telefon danışığı əsnasında Azərbaycan ilə BP şirkəti arasında uzun illərdir davam edən səmərəli və qarşılıqlı faydalı tərəfdaşlıq əlaqələri yüksək qiymətləndirilib. Söhbət zamanı ikitərəfli əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, bu əməkdaşlığın bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub.

AZƏRTAC

12 2020 04:25 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə