Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“The Korea Post” jurnalı Azərbaycanın qazandığı nailiyyətlərdən yazıb

Cənubi Koreyanın “The Korea Post Media” qrupuna aid eyniadlı jurnalın sonuncu (iyul) buraxılışında Azərbaycanla bağlı geniş məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, jurnalın üz qabığında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin və Koreya Respublikası Prezidenti Mun Ce-nin fotoşəkilləri verilib.

“Azərbaycan xalqı 102 il bundan əvvəl Azərbaycan Xalq Cümhuriyyətini fəxrlə, haqlı olaraq təsis edib” adlı məqalədə müsəlman Şərqində ilk dünyəvi, demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, fəaliyyətindən, onun dövlətçilik tariximizdəki rolundan bəhs olunub.

Bildirilib ki, Xalq Cümhuriyyəti daxili və xarici çətinliklərə baxmaya­raq, səmərəli dövlət təsisatları yarada, vətəndaşlarının hüquqlarını təmin edə, beynəlxalq birliyin etimadını qazana bilib. Qısa dövrdə parlamentdə qadın­ların seçki hüququnun təmin olunması haqqında qanun da daxil olmaqla 200-dən çox qanun qəbul edilib.

Təəssüflə vurğulanıb ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olma­yıb, 1920-ci ilin aprelində bolşevik işğalı nəticəsində cümhuriyyətin müstəqilliyinə son qoyulub və Azərbaycan təxminən 70 il ərzində keçmiş Sovet İttifaqının tərkibində olub.

Qeyd olunub ki, Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa edəndə Ermənistanın hərbi təcavüzü də daxil olmaqla, bir sıra çətinliklərlə üzləşmişdi. Görkəmli dövlət xadimi Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycanın dövlətçiliyi və müstəqilliyi qorunub. Hazırda Azərbaycan Prezidenti İlham Əliyevin liderliyi ilə müstəqil, suveren və demok­ratik ölkə kimi Azərbaycan sosial-iqtisadi və insan kapitalının inkişafı, beynəlxalq münasibətlərdə artan rolu və nüfuzu ilə Azərbaycan Xalq Cümhuriyyətinin arzu və ideallarını reallığa çevirir.

Məqalədə Azərbaycanın Prezident İlham Əliyevin liderliyi altında son illər qazandığı nailiyyətlərdən və beynəlxalq təşkilatların hesabatlarında bu uğurların əks olunmasından söz açılıb, əhalinin rifahının yaxşılaşması, infrastruktu­run müasirləşdirilməsi istiqamətində görülən işlər sadalanıb. Həmçinin Ermənistanın hərbi təcavüzü və onun acı nəticələri, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən regional enerji və nəqliyyat layihələri, ölkəmizdə keçirilən beynəlxalq tədbirlər, Azərbaycanın tu­rizm potensialı barədə məlumat verilib.

Bundan başqa, məqalədə Azərbaycan ilə Cənubi Koreya arasında münasibətlərdən də ətraflı bəhs olunub.

12 2020 04:24 - XƏBƏRLƏR
XƏBƏRLƏR
24 Sentyabr 2020 | 12:29
"Xarqo" filmi çəkildi

Köhnə versiyamızdan xəbərləri izlə